Media: Suriya Türkiyədən silah almağı planlaşdırır
Bakı, 20 oktyabr, AZƏRTAC
Suriya Türkiyədən hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, müxtəlif silah sistemləri almağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Yeni Şafak” qəzetinin məlumatına görə, bu silahlar ölkənin “İsrail təhlükəsinə və terrora qarşı müdafiə qabiliyyətinin gücləndirilməsi” məqsədilə alınacaq.
Nəşrin yazdığına görə, Suriyanın müvəqqəti hakimiyyəti Türkiyəyə müraciət edərək hava hücumundan müdafiə sistemləri, zirehli texnika, pilotsuz uçuş aparatları (PUA) və müasir artilleriya sistemlərinin rəsmi şəkildə satışını istəyib. Qeyd olunur ki, bu satış hərbi yardım deyil, məhz rəsmi alqı-satqı çərçivəsində həyata keçiriləcək.
Əsas prioritetlərdən biri Suriyanın şimal hissəsini əhatə edəcək çoxmərhələli hava hücumundan müdafiə sisteminin qurulmasıdır. Ötən həftə Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri Haluk Görgün Dəməşqə səfər edib və tərəflər arasında bu mövzu ilə bağlı danışıqlar aparılıb.
Xatırladaq ki, bu ilin iyul ayında Suriyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndə heyəti İstanbulda keçirilən IDEF 2025 müdafiə sənayesi sərgisində iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]