Media: Tramp prezidentliyinin ilk günlərində neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Bakı, 15 yanvar, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayacağı ilk günlərdə Co Bayden administrasiyası tərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri və sərt avtomobil tullantıları standartlarını geri götürmək prosesinə başlamaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp qurumlara federal torpaqlarda və sahil zonalarında qazma işlərinə qoyulan qadağalara yenidən baxmağı, həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrin təsdiqinə qoyulmuş moratoriumun ləğvini tapşıracaq. “Bu tədbirlər ABŞ-ın enerji müstəqilliyini və iş yerlərini bərpa etməyə kömək edəcək”, - deyə Trampın keçid komandasına yaxın mənbə bildirib.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]