Media: Tramp sui-qəsd cəhdindən sonra da ictimai tədbirlərdən imtina etməyəcək
Bakı, 29 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp uğursuz sui-qəsd cəhdindən sonra da ictimai tədbirlərdə iştirakdan çəkinmək niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, NBC News telekanalı bu barədə ABŞ liderinin yaxın ətrafına istinadla məlumat yayıb. Məlumata görə, son hadisə Donald Trampın prezidentliyə yanaşmasını dəyişdirməsinə imkan verməyəcək və onun ictimaiyyət qarşısında çıxış qrafiki dəyişməyəcək.
Xatırladaq ki, aprelin 25-də ABŞ paytaxtındakı “Washington Hilton” hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı silahlı insident baş verib. Qəbulda Donald Trampla yanaşı, ABŞ-nin yüksəkrütbəli məmurları da iştirak edirmiş. Hadisə nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb, hücum edən 31 yaşlı Koul Tomas Allen isə saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]