Media: Ukrayna döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirib
London, 9 iyun, AZƏRTAC
Ukrayna döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “Sky News” agentliyi Ukrayna hərbi mənbələrinə istinadla bildirib. Mənbə bazar günü Rusiyanın qərbində yerləşən Belqorod bölgəsində Rusiya komanda məntəqəsinin vurulduğunu qeyd edib. Belqorod Ukraynanın şimal-şərq sərhədinə yaxın yerləşir.
Hücumda hansı növ sursatdan istifadə olunduğu, o cümlədən onun Qərb silahı olub-olmadığı dəqiqləşdirilməyib.
Qeyd edək ki, ABŞ və Fransa bu yaxınlarda bildiriblər ki, Ukrayna silahlı qüvvələrinə Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün silahdan istifadə etməyə icazə verilib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri daha öncə pilotsuz uçuş aparatları ilə Rusiyaya hücumlar etmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]