Azərbaycan Dövlət İnformasiya Agentliyi

Medianın İnkişafı Agentliyi yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işinə töhfə verəcək

Medianın İnkişafı Agentliyi yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işinə töhfə verəcək

Bakı, 13 yanvar, AZƏRTAC

İnformasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimizə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə, sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məsələlərini aktuallaşdırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilməməsi gerçəkliyi idi. Əgər daha açıq danışmalı olsaq, milli mediamızın qlobal informasiya məkanına çıxışının məhdud olması və burada Azərbaycanın informasiya maraqlarının təmin olunmaması idi. Yəni mövcud informasiya subyektlərimizin transmilli media statusunda keyfiyyətli və milli maraqlarımıza uyğun olan iştirakçılığı arzu edilən səviyyədə deyildi. Bu boşluqdan istifadə edən bəzi yumşaq güc mərkəzləri milli media məkanımızı daima təzyiq altında saxlayır, onun üzərində dominantlıq etməklə, əslində bizim informasiya gündəmimizi təyin edirdi. Milli informasiya məkanımızın gündəminin başqaları tərəfindən təyin edilməsi cəhdləri isə milli maraqlarımızla daban-dabana ziddiyyət təşkil edirdi. Çox təəssüf ki, əksər hallara nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qurumlarımız, nə də digər strukturlarımız buna qarşı fəal müqavimət nümayiş etdirə bilmirdilər. Nəticədə milli informasiya məkanımız manipulyasiyaya məruz qalır, beləliklə də milli təhlükəsizliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu. Ona görə də müxtəlif vaxtlarda bu problemləri həll etmək üçün müəyyən cəhdlər olsa da, səmərəli nəticə əldə etmək mümkün olmadı. Çünki problemin həlli kompleks və əsaslı yanaşma tələb etdiyi halda, kosmetik və pərakəndə yanaşma tətbiq olunurdu. Yeni təsis edilən Medianın İnkişafı Agentliyi isə məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll imkanları yaradır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Baş redaktor sözlərinə əlavə edərək bildirib ki, media qurumunun nizamnaməsinə nəzər saldıqda görürük ki, onun fəaliyyətinin tətbiqi sahəsi sadəcə çap mediası ilə məhdudlaşmır, onun imkanlarından digər media subyektlərinin yararlanması şərtləri formalaşır. Bu, çox mühüm yenilikdir. Ona görə ki, agentlik, xəbər portalları, elektron media vasitələri, internet TV və.s. kimi çoxsaylı informasiya subyektlərinin informasiya istehsal etməsi və onu istehlakçıya çatdırması payı çap mediası ilə müqayisədə dəfələrlə çoxdur: “Deməli, yeni yaradılan qurum bu qədər zəngin və effektiv informasiya resursları ilə əməkdaşlıq etmək üçün yeni imkanlar əldə edibdir. İkincisi, mühüm məsələ yeni qurumun media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək səlahiyyətinin olmasıdır ki, bu da yuxarıda dediyimiz kimi əslində beynəlxalq və transmilli media ilə əməkdaşlıq çərçivəsində qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkilidir. Başqa bir məsələ, Medianın İnkişafı Agentliyinin məhz bu əməkdaşlığı təmin edəcək kadr potensialını formalaşdıra bilmək imkanlarıdır. Yəni, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilməsi, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirməsi, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də yeni yaradılan qurumun məqsədlərindən biri kimi müəyyənləşdirilib”.

Hikmət Babaoğlu yeni yaradılan media qurumu ilə bağlı daha iki məsələyə diqqət çəkib. Bu məsələlərdən biri dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirilməsidir: “Bu məsələnin əhəmiyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkilindən uzun illərdir danışsaq da, burada etimad mühitinin və qarşılıqlı əlaqələrin arzu edilən səviyyədə olmadığını hamımız yaxşı bilirdik. Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətlərindən birinin məhz bu sahə olması da, həmin problemin həllinə ciddi töhfələr verə bilər. İkincisi isə qurumun səlahiyyətləri içərisində çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verə bilmək səlahiyyətinin olmasıdır. Əslində uzun illərdir, bu funksiyanı media üzrə ixtisaslaşmış bir ictimai təşkilatlar həyata keçirirdilər. Amma nəticədə bəlli oldu ki, həmin sahədəki problemlər ötən illər ərzində öz həllini tapa bilmədi. Ümid etmək olar ki, yeni qurum bu sahədə də öz işini səmərəli qura biləcək”.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı qanunvericilik bazasının yeni tələblər əsasında təkmilləşdirilməsi yaxud yenilənməsi, maarifləndirmə işinin təşkili, müvafiq konsepsiyaya uyğun olaraq müxtəlif layihələrin həyata keçirilməsi və.s kimi digər xeyli sayda yeni vəzifə və hüquqlar müəyyənləşdirilib ki, onların hər biri ayrılıqda mediamızın inkişafına təkan verən faktor qismində çıxış edəcək. Ona görə də Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər