Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məhəmməd Əsəd bəy (Qurban Səid): mübahisələr və həqiqət”: hər şeyə aydınlıq gətirildi

Bakı, 5 noyabr (AZƏRTAC). Həsən Quliyevin “Məhəmməd Əsəd bəy (Qurban Səid): mübahisələr və həqiqət” adlı miniatür kitabı çapdan çıxmışdır.

Ölkəmizdə dərc edilən bütün miniatür nəşrlər kimi bu kitab da Azərbaycan Respublikası “Kitab” cəmiyyəti tərəfindən bu cəmiyyətin sədri, Miniatür Kitab Muzeyinin direktoru, Əməkdar Mədəniyyət Xadimi Zərifə Salahovanın təşəbbüsü ilə nəşr edilmişdir.

Zərifə xanım Salahova haqqında çox yazılmışdır. Onun təsis etdiyi muzey və bu muzeyin eksponatları ayrıca bir söhbətin mövzusudur. Bu dəfə isə “İndiqo” nəşriyyatında çapdan çıxmış yeni kitab haqqında danışmaq istərdik. 40x45 mm ölçülü, 160 səhifədən ibarət bu kitaba 21 fotoşəkil daxil edilmişdir. Bizim fikrimizcə, bu nəşr Azərbaycan ədəbiyyatı üçün çox böyük əhəmiyyətə malikdir.

Avropada çox məşhur olan “Əli və Nino” romanının müəllifi Qurban Səidin əslində kim olması barədə mübahisələr xeyli vaxtdır ki, bütün dünyada davam edir.

Onun əsərləri hələ Veymar Respublikası dövründə geniş yayılmış, 12 Avropa dilinə tərcümə edilmişdir. Müəllifin 30 yaşı olanda onun ekzotik belletristika, publisistika və bioqrafiya janrlarına aid 16 kitabı çapdan çıxmışdır. “Əli və Nino” kitabı 27 dilə tərcümə edilərək Avropa və Amerika ölkələrində 11 milyon nüsxə tirajla yayılmışdır.

XX əsrdə böyük mübahisələrə səbəb olmuş “Əli və Nino” əsəri barədə dünyanın aparıcı ölkələrinin ən nüfuzlu nəşrlərinin rəylərində deyilir: “İnsanın qəlbini riqqətə gətirən, gözəl əhvalat... mədəniyyətlərin ziddiyyətinə və sevginin ölməzliyinə canlı baxış” (Time), “Bu kitabı oxuyanda insanda elə hissiyyat yaranır ki, sanki xəzinə tapmısan... Əla romandır” (The New York Times). Artıq 30 ildən çoxdur ki, dünyanı fəth edən bu roman barədə mübahisələr, habelə bu əsərin müəllifliyi məsələsinə dair qərəzli yozumlar səngimir. Qurban Səid imzası altında kimin gizlənməsi məsələsi hələ də tənqidçilərin və ədəbiyyatşünasların mübahisə mövzusudur. Bu, bəlkə də dünyada yeganə açıqlanmamış ədəbi mistifikasiya idi.

“Vikipediya”da bu barədə yazırlar: “Qurban Səid “Əli və Nino” povestinin müəllifinin təxəllüsüdür. Həmin əsərin müəllifliyinə azərbaycanlı yazıçı, publisist, dramaturq, tarixçi, folklorşünas və siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887-1943), habelə almaniyalı yazıçı, jurnalist və mistifikator Leo Nussimbaum (1905-1942) iddia edir”.

Qeyd edək ki, Çəmənzəminli heç vaxt heç nəyə iddia etməmişdir. “Əli və Nino” əsərinin müəllifliyini Çəmənzəminlinin ayağına bəzi azərbaycanlı ədəbiyyatçılar yazır. “Almaniyalı yazıçı, jurnalist və mistifikator Leo Nussimbaum”a gəldikdə isə yeni miniatür nəşrdə filologiya elmləri doktoru, professor Həsən Quliyevin bu barədə ayrıca məqaləsi dərc edilmişdir.

H.Quliyev miniatür nəşrə ön sözdə yazır: “Bu gün biz nəhayət deyə bilərik ki, müəmmanın açılmasına, daha doğrusu həqiqətə yaxınlaşmışıq”. Həqiqətən belədir, çünki H.Quliyevin məqaləsində “Əli və Nino” romanının müəllifinin mənşəyini inkar edən bütün versiyalar nəzərdən keçirilir və əsaslandırılmış şəkildə təkzib edilir. Məqalə müəllifi Əsəd bəyin bioqrafı və yaxın dostu Əhməd Cəmilin dəlillərinə, bir sıra faktlara, çoxsaylı arxiv sənədlərinə istinad edir. O, öz mülahizələrinin həqiqiliyini vurğulamaq üçün şübhə doğuran məlumatlara da yer verir, kitabların mətnlərinə və müəlliflərin fikirlərinə istinad etməkdən vaz keçir, eyni zamanda faktların saxtalaşdırılmasına və müxtəlif versiya müəlliflərinin millətçilik ruhunda qərəzli fikirlərinə münasibət bildirir. Əsəd bəy haqqında yeni kitabın müəllifi Tom Reyzin bu yazıçının yəhudi mənşəli olması barədə fikirləri də miniatür nəşrdə yer almışdır.

Məqalə müəllifi ürək yanğısı ilə yazır: “Bizim ədəbiyyatımız dünya şöhrətli Azərbaycan yazıçısı - mühacir Məhəmməd Əsəd bəyin yaradıcılığında təmsil olunmuş çox böyük mənəvi sərvəti itirmək təhlükəsi ilə üzləşmişdir. Onun irsinə çox müxtəlif tərəflərdən əl uzadırlar, bu irsi sakitcə “özününküləşdirmək” cəhdləri edilir. Yazıqlar olsun ki, bu sərvəti müdafiə edən yoxdur...”

Hörmətli Həsən müəllim, bax bu məqamda sizinlə razılaşa bilmirəm. Bizim mənəvi irsimizin keşiyində duranlar vardır. Haqqında söhbət açdığımız bu miniatür nəşr buna əyani sübutdur. Onun kiçik formatına baxmayaraq çox böyük təsir qüvvəsinə malikdir.

H.Quliyev Məhəmməd Əsəd bəyin kitabları ilə Azərbaycan oxucularını daha yaxından tanış etmək üçün əlimizdən gələni əsirgəməməyi təklif edir. Qoy oxucu onun haqqında həqiqəti elə öz kitablarından öyrənsin. Onda müxtəlif yozumları təhlil etməyə ehtiyac qalmaz. Əsəd bəy haqqında sənədli filmlər çəkmək, onun kitablarını ekranlaşdırmaq, bir sözlə, hər şeyə aydınlıq gətirməyə çalışmaq lazımdır.

Həqiqət isə budur ki, XX əsrin klassiki olmuş, mühacirətdə yaşamış və ömrünü qürbətdə başa vurmuş Əsəd bəy (yaxud Qurban Səid, yaxud Leo Nussimbaum) görkəmli həmvətənimizdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

WUF13 çərçivəsində şəhər idarəçiliyində açıq məlumatların rolu müzakirə olunub

Nazir: Ölkəmizdən yan keçə biləcək tranzit marşrutlarının Azərbaycandan keçməsi təmin olunub

WUF13-ün Azərbaycandakı milli koordinatoru: Qarabağ və Şərqi Zəngəzur dayanıqlı inkişaf mərkəzinə çevrilir

Lyudmila Sirko: Biz məcburi köçkünlər üçün sosial mənzil layihəsinin inkişafında çox maraqlıyıq

Tailand turistlər üçün vizasız rejimin müddətini 30 günə endirdi

“Gülçöhrə və Əsgər” pyesinin təhlilinə həsr olunan monoqrafiya çapdan çıxıb

Rəşad Nəbiyev: Nəqliyyat dəhlizləri gələcək onilliklərdə insanların necə yaşayacaqlarını müəyyənləşdirir

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

Pərviz Şahbazov: 2 giqavatlıq yaşıl enerji güclərinin sistemə inteqrasiyası illik təxminən 2,4 milyon ton emissiyanın azaldılması deməkdir

Səadət Yusifova: Ölkəmizdə təhsil, insan kapitalı və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verilir

Nazir müavini: Növbəti fundamental istiqamət kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

Baykal gölündə katerin aşması nəticəsində dörd nəfər ölüb

Nazir: Yaşıl enerji dəhlizləri Xəzər regionunu Avropa və Asiya ilə birləşdirən yeni enerji arxitekturası formalaşdırır

UN-Habitatın icraçı direktoru: Bağlantılar inklüziv inkişafla müşayiət olunmasa, bərabərsizlik daha da dərinləşə bilər

Dövlət Komitəsinin sədri: Dini etiqad azadlığı heç bir halda milli təhlükəsizliyi zədələyən amilə çevrilməməlidir

Səadət Yusifova: “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın dayanıqlı şəhər inkişafına strateji yanaşmasını əks etdirir

“Azərenerji”: Müasir enerji sistemlərinin idarə olunması üçün qabaqcıl rəqəmsal həllərin tətbiqi əhəmiyyətlidir

Nazir müavini: Azərbaycan zəngin şəhərsalma və memarlıq ənənələrinə malikdir

Hikmət Hacıyev: Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkandır

İspaniyalı nümayəndə: WUF13 çox əhəmiyyətlidir

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

Baş mühəndis: Əyriçay su anbarının su tutarlılığını iki dəfə artırmaq mümkün olacaq

Nazir: Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib

Xarici işlər naziri: Azərbaycan multimodal bağlantılarını ardıcıl şəkildə genişləndirir

Ceyhun Bayramov: Azərbaycan postmünaqişə strategiyasının bir hissəsi olaraq multimodal bağlantını ardıcıl təşviq edir

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

İqor Sergeyenko: WUF13 yüksək səviyyədə təşkil edilib

Ceyhun Bayramov: Azərbaycanın yenidənqurma layihələri Asiya ilə Avropa arasında əlaqələri möhkəmləndirir

Bakıdan dünyaya verilən mesaj: Tarixlə birlikdə gələcəyə addımlayan Azərbaycan

Anar Quliyev: Azərbaycan regionun yaxın tarixində ən geniş və əhatəli yenidənqurma proqramlarından birini həyata keçirir

Rafael Tuts: WUF13-də qurulan sistemlər gələcək nəticələrin müəyyənləşdirilməsində mühüm rol oynayacaq

Milli Məclisin sədri: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır

Nazir müavini: Şəhərsalma fəaliyyətinin hər bir mərhələsində onun ətraf mühitə təsiri izlənilir

Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb

Sahibə Qafarova: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır

Nazir: Azərbaycan-Ermənistan normallaşma prosesi regional əməkdaşlıq üçün möhkəm zəmin yaradır

Ölkə üzrə may ayının pensiyaları sabah tam ödəniləcək

Anaklaudia Rossbax: Mənzil böhranına təcili şəkildə reaksiya verməliyik

WUF13 çərçivəsində Pakistanın Pəncab əyalətinin pavilyonunun açılışı olub

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

BMT hesabatı: Gələcəkdə şəhər əhalisi üzrə artımın yarısı yalnız yeddi ölkədə cəmləşəcək

WUF13 çərçivəsində “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” adlı tədbir keçirilib

BMT hesabatı: Cakarta əhali sayına görə dünyanın ən böyük şəhəridir

“BMT-Habitat-Qlobal-NDC 3.0: İqlim öhdəliklərini təmin etmək üçün şəhər qanunu və çoxsəviyyəli idarəetmə” - WUF13-də müzakirələr

Nazir: Azərbaycanın azad edilmiş əraziləri insan mərkəzli şəhərsalma prinsipləri əsasında qurulur

Xarici işlər naziri: Azərbaycan regionda qarşıdurma səhifəsini bağlamaqda səmimi marağını nümayiş etdirib

Ceyhun Bayramov: Azərbaycanın postmünaqişə strategiyası daha firavan gələcəyin qurulmasına xidmət edir

Maykl Oram: Yaşıl enerji müasir şəhərlərin inkişafında mühüm amillərdən biridir

WUF13-də Qarabağda bərpa-quruculuq işlərinin aparılmasında Azərbaycanın uğurları qeyd olunub

Prezidentin köməkçisi: Qarabağ müasir şəhərsalma metodlarından istifadə edilərək yenidən qurulur

WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub

WUF13: “Tərəqqinin təməli: Etibarlı mənzil iqtisadi artımın və sosial inteqrasiyanın katalizatorudur” mövzusunda panel müzakirələri

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Anaklaudia Rossbax: 2,8 milyard insanın təhlükəsiz və adekvat mənzilə çıxışı yoxdur

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır VİDEO

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır VİDEO

Xəyyam Məmmədov: Dağ çaylarının sularını toplamaq məqsədilə nəzərdə tutulmuş su anbarları üzərində işlər davam edir

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

Malayziya Şəhər Şurasının meri: WUF13 dayanıqlı şəhər inkişafı və təcrübə paylaşımını gücləndirir

Nazir: Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib VİDEO

Nazir: Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib VİDEO

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır VİDEO

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır VİDEO

WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

Ceyhun Bayramov: Şəhərlər regional əməkdaşlıq və dayanıqlı inkişafın strateji platformalarına çevrilir

İtaliyalı professor: Qadınlar şəhərlərin gələcəyi üçün böyük ümid mənbəyidir

Elşad İskəndərov: İqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələr maliyyə baxımından da həssas dövlətlərdir

Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir

Anadolu Agentliyinin İdarə Heyətin ilk sədri - Əhməd bəy Ağaoğlu

Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində gündəlikdə olan məsələlər nəzərdən keçirilib

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

Almaniya hökuməti “Uniper” enerji şirkətinin yenidən özəlləşdirilməsi prosesinə başlayır

Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib VİDEO

Şuşa şəhərində üç yeni yaşayış kompleksi inşa olunur VİDEO

Şuşa şəhərində üç yeni yaşayış kompleksi inşa olunur VİDEO

WUF13-də Qlobal Şəhər Məlumatları Koalisiyasının son dövrdə gördüyü işlər açıqlanıb

Nazir müavini: Azərbaycanda milli monitorinq sistemlərinin 73 faizi avtomatlaşdırılıb

UN-Habitat-ın icraçı direktoru: Şəhərlər planlaşdırılarkən sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır

Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiya başlayıb

Ramin Məmmədov: Dini radikalizm milli birliyi sarsıtmağa, sabitliyi pozmağa yönəlmiş ciddi ideoloji təhdidə çevrilib

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycanın memarlıq üslubunu əks etdirən tikililər işğal dövründə dağıdılıb

Qax rayonunda turizm obyektlərinin ətraf mühitə təsiri araşdırılıb

WUF13 çərçivəsində şəhərlərin gələcəyi ilə bağlı yeni tərəfdaşlıq təqdim olunub

Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir

Slovakiya ilə rəqəmsallaşma, innovasiya və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib

“Sabah” basketbol klubu yeni baş məşqçisi ilə müqavilə imzalayıb

WUF13: Bakı qlobal şəhərsalma platforması kimi dünya mediasında geniş işıqlandırılır

Nazir müavini: Erkən xəbərdarlıqlar insan itkilərini və infrastruktura dəyən zərərləri əhəmiyyətli dərəcədə azalda bilər

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Elçin Yusubov: İşğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı tamamilə məhv edilib

Botanika İnstitutu doktoranturaya qəbul elan edir

Hindistanlı professor: Bakının inkişaf təcrübəsi dünya üçün nümunədir

“Nobu Consulting” şirkətinin təsisçisi: Şəhərsalma sosial ədalət prinsipinə əsaslanmalıdır

Umayra Tağıyeva: Dünya üçqat planetar böhranla — iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə ilə üz-üzədir

Almaniyanın Vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə türk-Çin mədəni əlaqələrindən bəhs edib

Elçin Yusubov: 2023-cü ildən bəri Xankəndi, Xocalı və Ağdərədə 76 minə yaxın mina və partlamamış hərbi sursat aşkarlanıb

Anaklaudia Rossbax: Gələcəyin şəhərləri üçün innovativ yanaşmalar vacibdir

Hüquq məsləhətçisi: Müstəmləkəçilik dövründə formalaşmış şəhərsalma bərabərsizliyi bu gün də yaşayış şəraitinə təsir göstərir

Ədəbiyyat Muzeyində utopiya və distopiya mövzusunda elmi seminar

Şirkət direktoru: Mayot, Yeni Kaledoniya, Qvadelupa və Martinika kimi ərazilərdə mənzil qıtlığı ilə bağlı vəziyyət xüsusi narahatlıq doğurur