Məhkəmə Ehime prefekturasından təxliyə olunanlara kompensasiya ödənilməsi barədə qərar qəbul edib
Tokio, 27 mart, AZƏRTAC
Yaponiyanın Matsuyama dairə məhkəməsi hökumətin və “Tokyo Electric Power Co.” şirkətinin 2011-ci ildə “Fukusima-1” AES-də baş verən qəza nəticəsində Ehime prefekturasından təxliyə olunanlara kompensasiya ödəməsi barədə qərar qəbul edib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, on ev təsərrüfatında birləşən 25 nəfər hökumətin və elektrik şirkətinin onlara vurduğu maddi və mənəvi zərərə görə 1 milyon 300 min dollar məbləğində kompensasiya ödəməsini tələb edib.
Məhkəməyə sədrlik edən hakim bildirib ki, əgər hazırda ləğv olunmuş Nüvə Təhlükəsizliyi Üzrə Agentlik 2002-ci ildə “Tokyo Electric Power Co.” şirkətinə AES-in davamlılığının artırılması barədə göstəriş versəydi, 10 metrdən çox hündürlükdə sunami dalğaları yaranan zaman faciənin qarşısı alına bilərdi.
Məhkəmə təxliyədən sonra doğulan iki nəfəri çıxmaqla, qalan iddiaçılara 245 min dollar məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]