Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehriban Vəliyeva: Azərbaycanın suverenliyi xalqımız və dövlətimiz üçün ali dəyərdir

Mehriban Vəliyeva: Azərbaycanın suverenliyi xalqımız və dövlətimiz üçün ali dəyərdir

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan xalqı tarix boyu dövlətçilik uğurunda mübarizə aparıb, müstəqilliyə can atıb, azadlıq eşqi ilə yaşayıb. Siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək xalqımızın əsas amallarından olub. Əsrlər boyu xalqımızın qanı və canı bahasına apardığı azadlıq mücadiləsi öz bəhrəsini verdi. İki il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. 24 saatdan da az davam edən antiterror tədbirləri nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, sentyabr ayı Azərbaycan üçün Zəfər, ermənilər üçün isə məğlubiyyət ayı kimi tarixə düşüb: “Qarabağdakı erməni separatçıları məhz bu ayda qanunsuz olaraq müstəqilliklərini elan etmişdilər. Bununla da onlar gələcək talelərini sual altına qoydular, səfil həyatlarına başladılar. Ermənilər 2020-ci il sentyabrın 2-də Şuşada “müstəqillik bayramı”nı qeyd etdilər, 25 gün sonra ordumuz separatçılara dağlarda elə bir “toy” tutdu ki, onlar “müstəqillik eşqinə” düşdüklərinə belə peşman oldular. Amma aldıqları zərbədən tam ibrət dərsi çıxarmadılar. 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyanın separatçılara “müstəqillik təbriki” ünvanlaması dövlətimizi məcbur etdi ki, yarımçıq qalan işləri tamamlasın. Əslində, 2020-ci il 10 noyabr Bəyanatına əsasən 2025-ci ilə qədər Qarabağdakı ermənilərin inteqrasiya prosesi başa çatmalı idi. Bunun üçün Azərbaycan dövləti ermənilərə kifayət qədər vaxt vermişdi. Ermənilər onlara verilən zaman kəsimində islah olunmaq əvəzinə, xarici qüvvələrin sifarişi və dəstəyi ilə silahlandılar, yenidən separatçılıq eşqinə düşdülər. Bütün bunlar göstərirdi ki, Ermənistan və onun rəhbərliyi sülh prosesində maraqlı deyil, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Sentyabrın 9-da Qarabağda qanunsuz seçkilər keçirildi. Qarabağdakı silahlı ermənilər azərbaycanlıların keçdiyi yollara minalar basdırmaqda davam edirdilər. Həmin minalar Ermənistanda 2020-ci ildən sonra istehsal olunmuşdu. Belə olan halda Azərbaycan dövlətinin başqa çıxış yolu qalmamışdı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı və 24 saatdan az vaxtda davam edən əməliyyat nəticəsində ermənilər silahlarını yerə qoydular və Qarabağın bütün ərazisi dövlətimizin nəzarətinə keçdi. Azərbaycan terror təhlükəsini və ərazisindəki boz zonanı birdəfəlik silərək, suverenliyini tam təmin etdi”.

Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib: “Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan mübarizəmizin kulminasiya nöqtəsinin simvoludur. Sərəncamda 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyəti bir daha vurğulanıb. Ötən il dekabrın 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncam imzaladı. “Konstitusiya və Suverenlik İli”nin müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca amillərdən biridir. Bütün xarici dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə daha sıx əməkdaşlıq edir, onun ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə ifadə edir”.

Deputat qeyd edib ki, suverenlik dövlətin və xalqın varlığının əsasıdır: “Dövlət özünü idarə etmək üçün müstəqil qərarlar qəbul etmək səlahiyyətlərinə malik olmalıdır. Təəssüf ki, Azərbaycan dövləti 30 ilə yaxın ərazilərimizin 20 faizinə nəzarət edə bilmirdi. Yurd-yuvalarından didərgin salınan vətəndaşlarımız doğma torpaqlara həsrət qalmışdılar.

Bir millət üçün suverenlik öz müqəddəratını təyinetmə bəyannaməsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz, ərazi bütövlüyümüz toxunulmazdır. Daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin sürətlənməsinə stimul verəcək suverenliyimiz bizi yeni zirvələri fəth etməyə sövq edir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor Mikayıl Mərdinli: Teatr üçün “dünən” də yoxdur, “sabah” da – yalnız “bu gün” var - MÜSAHİBƏ

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

Avropa tam Günəş tutulmasını elektrik enerjisində fasilə olmadan keçirib

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb

Günəş tutulmasından fərqli görüntülər - FOTOLAR

Naxçıvanın hərtərəfli inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir ŞƏRH

Pit Heqset: ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırıb

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi olub

Serbiyalı tanınmış futbolçu Duşan Vlahoviç "Beşiktaş"a keçib

Almaniyada milyonlarla insan Günəş tutulmasını izləyib

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

“EkoSfera” Xəzərin ictimai müşahidəsi üçün yeni inklüziv metodologiya hazırlayıb

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi uğurla davam etdirilir

Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir

Bakıda avtobusda yanğın baş verib

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir ŞƏRH

UNEP rəsmisi: Xəzərin dayazlaşmasının nəticələrinə qarşı böyük layihə hazırlanır

Şəkidə 12 komanda intellektual bilik yarışında mübarizə aparıb

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf VİDEO

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf VİDEO

Xəzər dənizinin monitorinqi üçün yeni inklüziv layihəyə başlanılıb

Direktor: Gənclərin ideyalarını layihəyə çevirmələrinə dəstək göstərəcəyik

Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib

Oman sahillərində neft sızması böyüyür: 2 min kvadratkilometr ərazi əhatə olunub

"Fənərbağça" Romelu Lukakunun transferini açıqlayıb

“Sabah” klubu azarkeş insidenti ilə bağlı bəyanat yayıb

Zelenski: Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin 26 kəndi Ukraynanın nəzarətinə qaytarılıb

Bu saata olan əsas xəbərlər

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir

Almaniya hökuməti kəşfiyyat xidmətlərinin səlahiyyətlərini genişləndirən qanun layihəsini təsdiqləyib

FHN Kür çayında batan şəxsin axtarışlarına başlayıb

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir

Rusiyalıların payız səyahətlərində Azərbaycan ilk beşlikdə

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

“DOST Müfəttiş” layihəsi işəgötürənlərə necə dəstək göstərir?

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb

Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının qalibləri mükafatlandırılıb

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH

Ukrayna millisinin futbolçusu zədəsini sağaldıb, “Qarabağ”a qarşı oynaya bilər

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə

Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır ŞƏRH

Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ VİDEO

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ VİDEO

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəliblər

Taksi sürücüsü olmaq istəyənlər üçün sentyabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan edilir

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər saxlanıldı

Azərbaycanda oynayan israilli futbolçu: “Sabah” – “Hapoel” matçında şanslar bərabərdir

Sevinc Əliyeva: Gənc nəslin dil vərdişlərinin formalaşmasında mütaliə mühüm amildir

® DSX işçilərinə - Xüsusi təklif

Ağdaşdakı heyvan satışı bazarının fəaliyyəti bərpa olunub VİDEO

Ağdaşdakı heyvan satışı bazarının fəaliyyəti bərpa olunub VİDEO

Kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Çexiyada ekstremal quraqlıq məhsul itkisi təhlükəsi yaradır

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”la oyun gərgin və maraqlı alınacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir ŞƏRH

Bundesverin obyektləri yaxınlığında yüzlərlə dron uçuşu qeydə alınıb

“Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın bu il üzrə seçim mərhələsi yekunlaşıb

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Koxlear implantlı uşaqların adaptasiyasına dəstək göstərilib, valideynlər maarifləndirilib

V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib

“Neftçi” iki basketbolçu ilə müqaviləni yeniləyib

Luka Arbau: Avropa orta dünya göstəricisindən daha sürətlə istiləşir

“Şəfa” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti bəlli olub

® “Leobank Uşaq Kart”ı istifadəçilərinin sayı 20 minə çatıb!

Şahin Diniyev: “Hapoel” Serbiya nəhəngini məğlub edibsə, bu komandadan çəkinməyə dəyər

Xalq artisti: Azərbaycan dilinin qorunması milli kimliyin qorunması deməkdir

Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi yeni əlaqələrin inkişafı üçün daha əlverişli şərait yarada bilər - ŞƏRH

Türkiyə millisinin hücumçusu İspaniyaya qayıdır

Əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Prezidentin Naxçıvana səfəri uzunmüddətli inkişaf xəttinin praktik mərhələyə keçdiyini göstərir - ŞƏRH

Naxçıvanın çoxşaxəli transformasiyası - strateji təşəbbüslər və yeni hədəflər ŞƏRH

Bilal Bağış: Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkəsi və logistika körpüsüdür

İrakli Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir

Ekspert: “Deepfake” risklərinin qarşısını almaq üçün rəqəmsal savadlılıq artırılmalıdır

Azərbaycanın sumo millisi Yaponiyada hazırlıq keçib

Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər

Memar: Möminə xatun türbəsində aparılan bərpa işlərində əsas prinsip abidənin orijinallığının qorunmasıdır

Gələn il qlobal neft tələbatının gündəlik 105,7 milyon barel olacağı gözlənilir

Brüsseldə Günəşin tutulmasını müşahidə etmək üçün hazırlıqlar yekunlaşıb

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir

Ötən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,75 milyon barelə çatıb

Fransada 68 yaşlı fəala hücumun edilməsi ilə bağlı araşdırma başlayıb

Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularına tövsiyələr verilib

Ötən ay Azərbaycanın gündəlik neft hasilatı 440 min barel olub

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

“Qədim Şabran” abidəsində nadir tikili və saxsı borularla çəkilən su xətti aşkarlanıb VİDEO

“Qədim Şabran” abidəsində nadir tikili və saxsı borularla çəkilən su xətti aşkarlanıb VİDEO