“MEK könüllüləri” proqramına müraciət qaydaları açıqlanıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “MEK könüllüləri” proqramına yeni qəbul elan edib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana işi sahəsində praktiki təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və elmi mühitdə fəaliyyət göstərmək istəyən 18-35 yaşarası gənclər proqrama müraciət edə bilərlər. Proqrama müraciət edən namizədlərdən kitabxana işinə maraq, yeni bilik və təcrübə əldə etmək istəyi, məsuliyyətlilik, intizam, ünsiyyət və komandada işləmək bacarığı tələb olunur.
Üç ay davam edəcək proqram çərçivəsində könüllülər MEK-in fəaliyyət istiqamətləri ilə tanış olacaq, real iş mühitində praktiki təcrübə qazanacaq və müxtəlif təlimlərdə iştirak edəcəklər. İştirakçılar kitabxananın ənənəvi və elektron xidmətləri, oxuculara xidmət, tədbirlərin təşkili, rəqəmsal resurslardan istifadə, sosial media fəaliyyəti və digər istiqamətlər üzrə praktiki fəaliyyətə cəlb olunacaqlar. Könüllülük fəaliyyətini uğurla başa vuran iştirakçılara sertifikat, fəaliyyəti ilə fərqlənən könüllülərə isə tövsiyə məktubu təqdim ediləcək.
Namizədlərin seçimi CV-lərin qiymətləndirilməsi və müsahibə əsasında aparılacaq. Proqramda iştirak etmək istəyən şəxslər oktyabrın 1-dək CV-lərini müvafiq elektron poçt ünvanına göndərə bilərlər.
Proqramın şərtləri və müraciət qaydaları ilə bağlı ətraflı məlumatla buradan tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:25]
BDU və Qırğızıstan alimlərinin 50-dən çox birgə elmi məqaləsi dərc olunub
- 02.09.2026 [14:01]
Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli?
- 02.09.2026 [13:50]
AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
- 02.09.2026 [11:59]
Abituriyentlərin nəzərinə: ixtisas seçimi bu gün yekunlaşır
- 02.09.2026 [11:52]
Kimya İnstitutunun alimləri yeni metalloenzim inhibitoru sintez ediblər
- 02.09.2026 [11:38]
Siyasi etimad elmi araşdırmaların əsası kimi
- 02.09.2026 [11:28]