Meksikada təyyarə qəzası nəticəsində altı nəfər həlak olub
Bakı, 28 mart, AZƏRTAC
Meksikanın Sonora ştatında ikimotorlu Cessna təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC yerli Jornada nəşrinə istinadla xəbər verir ki, qəza nəticəsində altı nəfər həlak olub.
Nəşrin məlumatına görə, insident martın 27-də gündüz saatlarında baş verib. Ermosilo şəhərindən ABŞ-ın Tuson (Arizona ştatı) şəhərinə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə çırpılıb.
Ştatın baş prokurorluğunun ofisindən verilən məlumata əsasən, qəzada həlak olanlar arasında ştatın iqtisadi inkişaf nazirinin müavini və onun anası da var. Təyyarədəki yeddi nəfərdən yalnız biri sağ qalıb. Hazırda ona tibbi yardım göstərilir.
Federal hakimiyyət və prokurorluq qəzanın səbəbini aydınlaşdırmaq üçün təhqiqata başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]