Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meksikanın “Radio Capital” kanalında Azərbaycan barədə ətraflı məlumat verilib

Meksikanın “Radio Capital” kanalında Azərbaycan barədə ətraflı məlumat verilib

Vaşinqton, 20 noyabr, AZƏRTAC 

Meksikada yayımlanan məşhur “Radio Capital” kanalının “Capital del Turismo” proqramının cümə günü buraxılışı Azərbaycana həsr olunub.

AZƏRTAC xəbər verir ki, bu proqramın geniş auditoriyasına çoxsaylı yerli turizm şirkətləri də daxildir. Proqramın aparıcısı Xuan Antonio Qaska Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovdan müsahibə alıb.

Zəngin tariximiz və mədəniyyətimiz barədə geniş məlumat verən müvəqqəti işlər vəkili Azərbaycanın Asiya ilə Avropanın qovuşuğunda, qədim İpək Yolunun üzərində yerləşdiyini, tarixən müxtəlif mədəniyyətlərin ölkəmizdə heç bir ayrı-seçkiliyə məruz qalmayaraq sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirib. Ölkəmizin Şərqdə ilk demokratik respublika olduğu və 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd ediləcəyi bildirilib.

Diplomat, həmçinin Azərbaycandakı Atəşgah, Qobustan və s. qədim abidələr, həmçinin “Yanar dağ” və palçıq vulkanları kimi təbiət möcüzələri barədə danışıb. M.Talıbov ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, Formula-1 yarışları, ilk Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq yarışların keçirildiyini, ölkəmizin turistlər üçün daha cəlbedici olduğunu deyib. Vurğulayıb ki, bütün bunlar bir daha Azərbaycanın müxtəlif mədəniyyətləri bir araya cəmləyən məkan olduğunu sübut edir.

Azərbaycandakı turizm infrastrukturdan danışan M.Talıbov ölkə rəhbərliyi tərəfindən atılan ardıcıl və səmərəli addımlar nəticəsində ölkəmizə turist axınının hər il artdığını qeyd edib. Həmçinin Xəzər dənizində ən böyük dəniz limanının tikilməsi, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalının istifadəyə verilməsi, ölkədə həm dəmir, həm avtomobil yollarının yüksək standartlara cavab verməsi, yüksək səviyyəli tanınmış beş ulduzlu otellərdən başlayaraq bütün turist təbəqələrinin tələblərinə cavab verə biləcək mehmanxanaların açılması və s. barədə məlumat verilib. Qeyd olunub ki, cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin təşəbbüsü ilə “ASAN viza” sistemi fəaliyyətə başlayıb. Bu sistem Azərbaycana gəlmək istəyən turistlərə asanlıqla viza almağa imkan verib. Bildirib ki, hər bir Meksika vətəndaşı “ASAN viza” internet səhifəsinə daxil olaraq üç sadə addım yerinə yetirməklə cəmi üç saat ərzində elektron viza ala bilərlər.

Aparıcı Xuan Antonio Qaska Meksikanın turizm şirkətlərini Azərbaycana daha çox diqqət yetirməyə və ölkəmizə daha fəal şəkildə turların təşkil edilməsinə çağırıb, bu yeni istiqamətin olduqca səmərəli olduğuna əminliyini bildirib. Aparıcı Azərbaycanın müxtəlif ənənələri və bayramları, o cümlədən turistlər arasında xüsusi populyarlığa malik Novruz şənlikləri, həmçinin ləziz və müxtəlif mətbəximiz barədə danışıb. Hər hansı bir milli yeməyin nümunə gətirilməsi xahişinə cavab olaraq ləziz dolmanın adı çəkilib, onlarla cür plovun olması qeyd edilib.

“Azərbaycana Meksikadan necə səyahət etmək olar” sualına cavab verən diplomat hazırda bir çox aviaşirkətlər vasitəsilə ölkəmizə gəlməyin mümkünlüyü, Azərbaycan Hava Yolları aviaşirkətinin sərəncamında yeni təyyarələrin olduğunu, sərnişinlərə yüksək səviyyədə xidmət göstərildiyini və hazırda Meksikaya nisbətən yaxın olan Nyu-Yorkdan Bakıya uçuşların həyata keçirildiyini deyib.

Ölkədə təhlükəsizliklə bağlı danışan müvəqqəti işlər vəkili bir neçə gün əvvəl işıq üzü görmüş 2017-ci il üzrə Qlobal Terrorizm Hesabatına görə Azərbaycanın Qafqaz regionunda ən təhlükəsiz ölkə olduğunu və dünyada ən təhlükəsiz ölkələr sırasında yer aldığını vurğulayıb. Azərbaycan Hökumətinin bu məsələyə böyük diqqət ayırdığı qeyd olunub. Bundan əlavə, Azərbaycanın olduqca qonaqpərvər və tolerant ölkə kimi tanındığı və bütün turistlərin burada özlərini təhlükəsizlikdə hiss etdikləri bildirilib.

Bununla yanaşı, regionun təhlükəsizliyinə təhdid olan yeganə problemin Azərbaycan torpaqlarının 20 faizinin uzun illərdir Ermənistan tərəfindən işğal altında qalması və buradan didərgin salınmış bir milyondan çox həmvətənimizin hələ də öz doğma yurdlarına dönmək həsrəti ilə yaşadıqları bildirilib. Azərbaycan torpaqlarının azad olunması tələbi ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq Ermənistanın indiyədək onlara məhəl qoymadığı vurğulanıb.

Verilişin aparıcısı son günlər Meksika mediasında geniş işıqlandırılan Meksika deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərinə toxunaraq Azərbaycan səfirliyinin təmsilçisindən məsələyə münasibət bildirilməsini xahiş edib.

M.Talıbov bu hadisənin çox böyük təəssüf doğurduğunu bildirib. Qeyd edib ki, Meksika ilə Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Meksika həmişə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qətnamələrini dəstəkləyir, sadəcə adıçəkilən millət vəkillərinin bu addımı təxribatdan başqa ad vermək olmaz. Onlar bu qeyri-qanuni səfəri edərkən həm Azərbaycan qanunvericiliyi, həm də Meksika Xarici Əlaqələr Katibliyinin tələblərini pozublar.

Aparıcı Xuan Antonio Qasqa efir vasitəsilə müraciət edərək Meksika deputatlarını beynəlxalq hüquqa hörmət etməyə çağırıb. Sonda aparıcı deyib: “Belə çıxır ki, Ermənistan dəvəti özünün deyil, qonşusunun evinə edib, özü də xəbərsiz”.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub