Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır
Bakı, 16 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin dəstəyi, “AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də rəqəmsal savadlılığın artırılmasıdır.
Layihə çərçivəsində “Aztelekom”un mütəxəssisləri tərəfindən ölkənin müxtəlif bölgələrində yerləşən məktəblərdə şagird və müəllim heyəti üçün təlimlər keçiriləcək. Təlimlər zamanı iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi barədə məlumatlar veriləcək.
Təlim zamanı iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılacaq, praktik nümunələr üzərində işləniləcək. Maarifləndirici sessiyalar müasir tədris metodlarına uyğun olaraq interaktiv şəkildə təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]