Mərakeş ilk dəfə olaraq radioaktiv yod istehsal etməyə və satmağa hazırlaşır
Rabat, 18 noyabr, AZƏRTAC
Mərakeş hökuməti ilk dəfə olaraq tibbi məqsədlər üçün radioaktiv “Yod-131” preparatı istehsal etməyə və satmağa hazır olduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, Mərakeş Milli Nüvə Energetikası, Elm və Texnologiyalar Mərkəzinin məlumatına görə, “Yod-131” Mərakeşdə qalxanabənzər vəzinin xərçəng xəstəliyinin diaqnostikası və müalicəsi üçün nüvə təbabətinin müxtəlif bölmələrində ən geniş istifadə edilən radioaktiv preparatlardan biridir.
Mərakeş Cənubi Afrika Respublikası və Misirdən sonra Afrikada bu preparatı istehsal edən üçüncü ölkə olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]