Azərbaycan Dövlət İnformasiya Agentliyi

Merkel Soçidə: geosiyasi alternativ axtarışı?

Merkel Soçidə: geosiyasi alternativ axtarışı?

Almaniyanın Kansleri Angela Merkel Soçidə Vladimir Putinlə görüşüb. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara əsasən demək olar ki, tərəflər qlobal siyasətin aktual məsələlərini müzakirə ediblər. Bu zaman onlar siyasi, geosiyasi və təhlükəsizlik aspektləri ilə yanaşı, iqtisadi sferaya da diqqət yetiriblər. Merkel-Putin danışıqlarının detalları barədə geniş məlumat verilməsə də, aydın olur iki, iki böyük geosiyasi güc dünyada baş verən hadisələrə təsir etmək niyyətindədirlər. Rusiya onsuz da müxtəlif regionlarda fəaldır. Almaniya da son illər aktivliyini xeyli artırıb. İndi onlar üçün ortaq fəaliyyət sahəsinin axtarılıb tapılması önəm kəsb edir. Hələlik bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edilməyib. Demək olar ki, bütün istiqamətlərdə fikir ayrılığı mövcuddur. Buraya, ilk növbədə, Suriya müharibəsi, Ukrayna ətrafında münaqişə, "Şimal axını-2" layihəsi, Skripal məsələsi və digərləri daxildir. Ancaq ekspertlər də vurğulayırlar ki, A.Merkelin Soçiyə uçması Almaniyanın Rusiyaya verdiyi önəmə işarə edir. Bu müstəvidə Soçi görüşünün geosiyasi aspektini təhlil etməyə dəyər.

"Küskün" Avropa: ABŞ-dan imtina və Rusiyaya yaxınlaşma arasında

Amerikanın xarici siyasətdə atdığı addımlar qlobal vəziyyəti getdikcə daha da gərginləşdirir. Donald Tramp İranla imzalanan nüvə sazişindən çıxıb, ABŞ səfirliyini Qüdsə köçürüb. Hər iki hadisəyə dünya dövlətləri ciddi reaksiya veriblər. Hətta Vaşinqtonun avropalı müttəfiqləri belə bu qərarları müsbət qarşılamayıblar. Onların sırasında Almaniya daha çox narazı görünür. Kansler Angela Merkel diplomatik fəallıq nümayiş etdirir. O, əvvəlcə ABŞ-a səfər edib, sonra isə Rusiyada Vladimir Putinlə görüşüb. Ekspertlər vurğulayırlar ki, Almaniya Kanslerinin hər iki görüşdə apardığı danışıqların detalları gizli saxlanır, lakin KİV-ə sızdırılan informasiyalara əsasən söhbətin nələrdən getdiyini müəyyənləşdirmək olar.

Almaniya rəhbərliyini İran və Fələstin məsələləri narahat edir. İranla imzalanan sazişin pozulması Avropa şirkətlərini çətin vəziyyətə salır. ABŞ onlara qarşı sanksiyalar tətbiq edə bilər. Bunun nəticəsində Avropa ölkələri külli miqdarda maliyyə itirirlər. Bundan əlavə, Almaniyanı məsələnin geosiyasi və təhlükəsizlik aspektləri narahat edir. Bu istiqamətlərdə çoxlu sayda risklər meydana çıxa bilər.

Hər şeydən öncə, beynəlxalq sazişlərə olan inam azala bilər. Amerika indi hansısa sazişdən imtina edirsə, sabah eyni məntiqlə digər böyük dövlətlər özlərinə sərf etməyən istənilən müqavilədən çıxa bilərlər. Buna qarşı hansısa ciddi arqument qoymaq çətin olar, çünki artıq presedent vardır.

Belə bir gedişat bütövlükdə beynəlxalq hüququn dövlətlərarası münasibətlərdə mövqeyini zəiflədə bilər. Təbii ki, bu, başqa məqamlarla yanaşı, beynəlxalq təşkilatların da səmərəli fəaliyyət göstərmək imkanına ciddi zərbə olardı. Onsuz da BMT kimi təşkilat bir sıra məsələlərin həllində acizlik göstərir. Vaşinqtonun son davranışları BMT-nin də nüfuzunu çox aşağı salır.

Almaniyanı narahat edən başqa məqam İranın əks-reaksiya kimi nüvə silahı istehsalını reallaşdıra bilməsi ilə bağlıdır. Tehran əslində artıq bu məsələni milli vəzifə kimi bəyan edib. Belə çıxır ki, çox qısa zamanda Yaxın Şərqdə nüvə silahına malik və bir sıra istiqamətlərdə aqressivlik nümayiş etdirən müsəlman dövləti meydana gələ bilər. Bu prosesin digər müsəlman ölkələrini də eyni addımı atmağa təkan verəcəyini təxmin etmək çətin deyil. Sonucda bir neçə müsəlman ölkəsi nüvə silahına malik olar ki, bu da ümumən dünyada tamamilə yeni bir geosiyasi mənzərə formalaşdırar.

Deməli, Almaniya üçün Qərbin təhlükəsizliyi yeni səviyyədə məzmun kəsb etməyə başlayır. Bu problemin həllində Almaniya kiminlə əməkdaşlığa üstünlük verə bilər? A.Merkelin gedişləri göstərir ki, Berlin Moskvanı arxa plana atmaq istəmir. Bu məqamda bir incəliyi vurğulamaq lazımdır. Məsələ onda deyil ki, A.Merkel Vaşinqtondan sonra dərhal Soçiyə uçmaqla Rusiya ilə müttəfiqlik niyyətində olduğunu nümayiş etdirir. Düşünürük ki, Berlin belə bir mövqedən uzaqdır. Ancaq ünvan kimi Rusiyanın seçilməsi Avropa İttifaqının Kreml ilə olan münasibətlərə çox önəm verdiyini göstərir. A.Merkel V.Putinlə problemləri müzakirə edə bilər. Bunun əsasında da Avropanın təhlükəsizliyi ilə bağlı müəyyən ortaq nəticəyə gəlinər. Həm də o səbəbdən ki, Aİ artıq ABŞ-ı özünün təhlükəsizliyinin təminatçısı kimi qəbul etmək istəmir. A.Merkel bir neçə dəfə bəyan edib ki, Avropa öz başına çarə qılmalıdır.

Qüvvələr nisbəti: dəyişə bilərmi?

Bu tezisdən çıxış edərək, Angela Merkelin Soçiyə səfərinin geosiyasi incəlikləri üzərində düşünmək olar. Belə görünür ki, Almaniya ABŞ-ın təhlükəsizlik çətirindən imtina edəndən sonra Rusiya ilə münasibətləri yenidən qura bilər. Buraya Avropa şirkətlərinin Rusiya ilə əməkdaşlığı bərpa etməsi də daxil ola bilər. Həmin kontekstdə "Şimal axını-2" layihəsi ətrafında A.Merkellə V.Putinin müzakirə aparması xeyli düşündürücüdür. KİV-də yayılan məlumata görə, Almaniyanın Kansleri Ukraynanın zərər görməməsi məsələsini qaldırıb. V.Putin isə bəyan edib ki, əgər avropalı tərəfdaşlar Ukrayna ərazisindən keçən enerji xəttinə ehtiyac duysalar, o, işləyəcək. Yəni, Rusiya üçün bu məsələ siyasi deyil, iqtisadi məna kəsb edir.

Bununla bağlı Rusiya Prezidenti təminat verir ki, "Şimal axını-2" layihəsinin reallaşması enerji nəqlinin diversifikasiyasından başqa bir məqsəd güdmür. Doğrudan da, Moskvaya Ukrayna istiqamətində qaz nəqlinin dayandırılması sərf etmir, çünki bu halda həmin ölkəyə təsir rıçaqlarından birini itirmiş olur. Rusiya üçün iqtisadi güc önəm daşıyır. Bundan başqa, Ukrayna istiqamətində qaz nəqlinin dayanması həmin məkana alternativ mənbələrin, həm də Rusiya ilə rəqabət aparan dövlətlərin müdaxiləsi deməkdir.

Bunlar onu göstərir ki, Moskvaya Ukrayna istiqamətini bağlamaq deyil, ondan maksimum dərəcədə faydalanmaq sərf edir. Rusiya üçün bu məsələyə Aİ-nin münasibəti maraqlıdır. Brüssel əslində Rusiyadan enerji asılılığından qurtulmaq niyyətindədir. Bütövlükdə bunu reallaşdırmaq mümkün deyil. Xüsusilə Amerikanın son zamanlar atdığı addımlar xeyli risklərin meydana çıxması ehtimalını artırıb. Avropa Vaşinqtonun iradəsi ilə hərəkət etsə, yaxın perspektivdə tənha qala bilər. Ancaq o, tamamilə Rusiyadan asılılığı da qəbul etməz. Bu bağlılıqda Aİ də enerji nəqlinin diversifikasiyasında maraqlıdır. Alternativ enerji nəqli marşrutları nə qədər çox olarsa, Avropanın manevr etməsi üçün də bir o qədər geniş məkan yaranmış olar.

Bütün bunlara görədir ki, Soçidə Merkel-Putin görüşündə "Şimal axını-2" layihəsinin də yer alması tamamilə təbii görünür. Tərəflər bu kimi məsələləri Suriya münaqişəsi kontekstində müzakirə ediblər. Suriyada Rusiyanın üstünlük əldə etməyə başlaması Amerika ilə yanaşı, Avropanı da narahat edir. Çünki Yaxın Şərqdə Rusiyanın geosiyasi üstünlüyü avtomatik olaraq Aİ-nin qlobal geosiyasi güc olaraq mövqeyinə təsir edir. Brüssel bunu qəbul edərmi? Çətin, çünki belə olduğu halda Brüsselin dünya miqyasında geosiyasi fəaliyyətində müəyyən məhdudiyyətlər meydana gələ bilər. Bu isə, ilk növbədə, Berlinin qlobal geosiyasi proseslərdə tutmaq istədiyi aparıcı rol məqsədinə uyğun gəlmir.

Hələlik Aİ ilə Rusiya Suriya məsələsində ortaq mövqeyə malik deyillər. Burada Ukrayna münaqişəsinin də ciddi rol oynadığını vurğulamaq lazımdır. Ukraynada vəziyyət əvvəlki kimi gərgin olaraq qalır. Donbasda döyüşlər davam edir. Tərəflər bir-birinə ağır zərbələr endirirlər. Belə təəssürat yaranır ki, Rusiya orada yerini hərbi cəhətdən möhkəmlədib və geri çəkilmək fikri yoxdur. Krım körpüsünün çəkilməsi isə Kremlin uzağa gedən planlarından xəbər verir. Bir sözlə, Rusiya Ukrayna məsələsində hələlik bir addım da güzəştə getməyib. Bunun fonunda A.Merkellə V.Putinin Minsk razılaşmalarından danışmaları və "Normand formatı"na qayıtmağın zəruriliyini vurğulamaları müəyyən məna kəsb edir.

Konkret desək, bu, onu göstərir ki, Avropa ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) Ukrayna məsələsində Rusiyaya təzyiq göstərmək taktikasının səmərəsizliyini etiraf etmiş olurlar. Onlar yenidən masa arxasına oturmaqla problemi həll etməyə üstünlük verirlər. Lakin bu prosesin nə qədər sürəcəyini proqnozlaşdırmaq çətindir. Görünən odur ki, Rusiya ilə Avropa arasında qüvvələr nisbəti kəskin dəyişməyincə, tərəflərin bir-birinə güzəşt etməsi imkansızdır. Yəni, Ukrayna böhranı hələ uzun illər qalmalı olacaq.

Vurğulanan məqamlar onu göstərir ki, A.Merkelin Soçidə V.Putinlə görüşməsinə fövqəladə geosiyasi əhəmiyyət vermək tələskənlikdir. Tərəflər daha çox fikir mübadiləsi edib gələcəkdə meydana çıxa biləcək ortaq maraqların müəyyənləşməsi aspektində müzakirə aparıblar. Müəyyən mənada bunu diplomatik manevrlər kimi də qiymətləndirmək olar.

Ancaq bu səfərin qlobal geosiyasətin dinamikası baxımından əhəmiyyətini də inkar etmək olmaz. Görünür, dünya daha çox çoxqütblülük modelinə doğru meyillidir. Bir sıra Avropa dövlətlərinin ABŞ-ın hegemon rolundan imtina etmək fikrinə düşmələri bu prosesin ilk əlamətlərindəndir. Lakin hələ irəlidə çox proseslər var.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik