MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mərkəzi Seçki Komissiyası tərəfindən referendum dairələrində dairə və məntəqə seçki komissiyaları üzvləri üçün təşkil olunmuş seminar-müşavirələr işgüzarlıq şəraitində davam edir.
Avqustun 15-də seminar-müşavirələri 75 saylı Göyçay, 89 saylı Ucar, 49 saylı Ağdaş, 30 saylı Yevlax şəhər, 34 saylı Tərtər-Yevlax-Ağdaş-Göyçay və 45 saylı Tərtər-Kəlbəcər referendum dairələrində MSK üzvləri Fuad Cavadov və Adil Minbaşı; 53 saylı Astara referendum dairəsində MSK üzvü Ramiz İbrahimov və MSK Katibliyi beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Ramin Nurəliyev; 58 saylı Biləsuvar və 67 saylı Zərdab-İmişli referendum dairələrində MSK üzvü Vamiq Əsədov və MSK Katibliyi təşkilat şöbəsinin böyük məsləhətçisi Sergey Sidorenko; 79 saylı Nefçala-Salyan və 84 saylı Salyan referendum dairələrində MSK üzvü Ənvər Əliyev və MSK Katibliyi təşkilat şöbəsinin baş məsləhətçisi Əlibaxış Nəsirov; 85 saylı Samux-Şəmkir-Goranboy referendum dairəsində MSK üzvü Tofiq Həsənov və MSK Katibliyi hüquq şöbəsinin məsləhətçisi Məsim Nəsibov; 41 saylı saylı Şuşa-Xocalı-Xocavənd, Tərtər və Kəlbəcər, 86 saylı Zəngilan-Qubadlı və 95 saylı Cəbrayıl-Füzuli referendum dairələrində MSK katibi Qabil Orucov və MSK üzvü Mehdi Səlimzadə keçirmişlər.