MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 2008-ci il 7,9 və 12 avqust tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş həmin partiyanın başqanı, Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafayevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Fikrət Tağı oğlu Əhədovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliklərinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası hər iki şəxsin namizədliklərinin təsdiq olunması barədə qərarlar qəbul etmişdir. Komissiya namizədliyi təsdiq olunmuş həmin şəxslərin səlahiyyətli nümayəndələrini də qeydə almışdır.
MSK üzvü Tamam Cəfərova 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliyə dair məsələ barədə məlumat vermişdir. Komissiya həmin DSK-nın tərkibində dəyişiklik edilməsi barədə qərar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]