Meşə yanğınlarına qarşı mübarizədə hökumətlərə kömək edən yeni struktur yaradılır
Berlin, 7 sentyabr, AZƏRTAC
Avropa İttifaqının üzvü olan 6 ölkə - Almaniya, İspaniya, İtaliya, Fransa, İsveç və Xorvatiya Aİ-də yeni yaradılan xüsusi təyinatlı hava donanması üçün 6 helikopter və 7 təyyarə ayırıblar.
AZƏRTAC xəbər verir ki, bu yeni qurumun vəzifəsi fövqəladə hallar üzrə yeni mexanizm çərçivəsində ölkə hökumətlərinin meşə yanğınlarına qarşı mübarizəsində onlara kömək göstərməkdən ibarət olacaq. Bu missiyanın “RescEU” adlanması “Avropa İttifaqını xilas edək” terminindən “söz oyunu”dur. Digər Avropa ölkələrində vəziyyət nəzarətdən çıxanda onlar da bütün Aİ məkanında meşə yanğınlarına qarşı mübarizə üçün nəzərdə tutan bu texnikadan istifadə edə biləcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]