Məşhur kaskadyor Trevis Pastrana Çempionlar yarışında iştirak edəcək
Bakı, 1 aprel, AZƏRTAC
Çempionlar yarışının (ROC) təşkilatçıları daha bir iştirakçının adını açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, 2022-ci ilin qışında keçiriləcək yarışda məşhur motosikl və avtoyürüşçü, eyni zamanda, kaskadyor, Dünya Ekstremal Oyunlarının 11 qat qalibi Trevis Pastrana iştirak edəcək. Bu, 37 yaşlı amerikalının ROC-da doqquzuncu çıxışı olacaq.
ROC gələn ilin əvvəlinə planlaşdırılır, dəqiq tarix isə bu yaxınlarda açıqlanacaq. Yarış iştirakçılarının adları yürüş ərəfəsində müəyyənləşəcək. Budəfəki turnirdə iştirakçılar ilk dəfə olaraq RX2e elektrik avtomobillərinin yarışında da mübarizə aparacaqlar.
Yarış Baltik dənizində qurulmuş buz yolunda baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]