“Meyvəçilik üzrə təlim modulları” adlı yeni kitab nəşr olunub
Quba, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Meyvəçilik üzrə təlim modulları” adlı yeni kitabı nəşr edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabda bağ əkini qaydaları, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin aparılması, müasir üsulla tingyetişdirmə, məhsul yığımı və depolama haqqında ətraflı məlumatlar yer alıb.
Kitabın müəllifləri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, institutun əməkdaşları Sevil Süleymanova, Nardan Sadıqova, Elnarə Xankişiyeva və Zəminə Sərhədovadır.
Kitab meyvəçiliklə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulub. Kitabdan, həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:57]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [18:31]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [16:00]
Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO
- 03.10.2026 [15:45]
Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO
- 03.10.2026 [14:11]
III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
- 03.10.2026 [10:01]
Qubada ilk qar VİDEO
- 03.10.2026 [09:37]
Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO
- 02.10.2026 [21:40]