Mikromaliyyə Assosiasiyası Mediasiya Şurası ilə əməkdaşlıq edəcək
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AMFA-dan AZƏRTAC-a bildirilib ki, memorandumu qurumun Müşahidə Şurasının sədri Cəlal Əliyev və Mediasiya Şuranın sədri Nadir Adilov imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişlərini rəhbər tutaraq mediasiya proseslərinin daha da təkmilləşdirilməsi, mikromaliyyə sahəsində yaranan mübahisələrinin qısa zamanda alternativ yolla həll olunmasına, o cümlədən mülki və kommersiya mübahisələrinin həllində mediasiyanın rolunun artırılmasına töhfə vermək, mediatorların, vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına, ölkədə məhkəmə-hüquq sisteminin inkişafına və optimallaşmasına dəstəkdən ibarətdir.