İDMAN
Millətlər Liqası: Azərbaycan yığmasının oyunu ukraynalı hakimlərə tapşırılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, C Liqasının 3-cü qrupunda baş tutacaq matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Anastasiya Romanyuka həmyerliləri Aleksandra Vdovina və İrina Petrova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristina Kozeroq yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 31-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Monteneqro görüşü saat 16:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [13:57]
Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb
- 21.05.2024 [13:39]
Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb
- 21.05.2024 [13:10]
Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb
- 21.05.2024 [12:22]
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
- 21.05.2024 [11:50]
Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
- 21.05.2024 [11:11]