MİLLİ AEROKOSMİK AGENTLİYİN HESABAT İCLASI KEÇİRİLMİŞDİR
Agentliyin baş direktorunun birinci müavini, texnika elmləri doktoru Tofiq Süleymanov hesabat məruzəsində bildirmişdir ki, il ərzində 4 əsas istiqamət, 15 problem, 40 mövzu üzrə elmi-tədqiqat işləri aparılmışdır. Tədqiqatlar nəticəsində məsafədən zondlama məlumatları əsasında Yerin səth örtüyünün xəritələşdirilməsinin geoinformasiya modelləşdirilməsi məsələsi öyrənilmiş, rəqəmli xəritələşdirmənin avtomatlaşdırılmış sisteminin yaradılması konsepsiyası təklif olunmuş, “Kosmik elm və texnologiyanın tətbiqi ilə ətraf mühit və insan amilinin tədqiqi” layihəsi çərçivəsində “Əmək təhlükəsizliyi” laboratoriyası yaradılmışdır.
5 monoqrafiya, 2 dərslik, 210 məqalə çap edilmişdir. Məqalələrin 63–ü xaricdə dərc olunmuşdur.
AMEA-nın Yer elmləri bölməsinin akademik–katibi, akademik Akif Əlizadə və digər çıxış edənlər agentliyin fəaliyyətini yüksək qiymətləndirmişlər.
Sonra müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]