Milli Arxiv İdarəsi Ulu Öndərlə bağlı virtual sərgi açıb
Bakı, 14 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə Milli Arxiv İdarəsində “Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, virtual sərgi Ulu Öndərin Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən on minlərlə fotoları arasından seçilib.
Sərgidə dahi şəxsiyyətin 1970-1980-ci illərdə fəaliyyətini əks etdirən fotolar də yer alıb. Fotolar Heydər Əliyevin öz xalqına bağlı bir insan olduğunu və fəaliyyətinin əsas məğzinin məhz Azərbaycan xalqı olduğunu bir daha sübut edir.