ELM VƏ TƏHSİL
MİLLİ AVİASİYA AKADEMİYASINDA ELMİ-PRAKTİK KONFRANS
Milli Aviasiya Akademiyasında (MAA) “Ekstremal vəziyyət, harmoniya və Şərq döyüş sənətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır. MAA-nın yaradılmasının 10 illiyinə həsr olunmuş və “Döyüşçülər intellektual, intellektuallar isə döyüşçü olmalıdır” devizi altında keçirilən konfransın təşkilatçıları Azərbaycan Hava Yolları Dövlət Konserni, “NOO” Ümumdünya Şərq Döyüş Sənətləri Tədqiqat Mərkəzi və Azərbaycan Şörüncürü Karate-do Kenkokan Koşiki Karate Federasiyasıdır.
Konfransın keçirilməsindən əsas məqsəd ekstremal vəziyyətlərdə qərar çıxarılması və Şərq döyüşü sənətlərindən istifadə edilməsi məsələlərində dövlət konserninin işçilərinə və aviasiya akademiyasının tələbələrinə kömək göstərməkdir.
Konfransın ilk günü akademik Məmmədəmin Şahtaxtinski, Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndəsi Firudin Qurbanov, respublikanın baş psixiatrı Ağabəy Sultanov və başqaları çıxış etmişlər.
Sonra idmançılar müxtəlif Şərq döyüş sənəti növlərində əlbəyaxa döyüş təmrinlərini nümayiş etdirmişlər.
Konfransın gedişində “21-ci əsr və Şərq döyüş sənətləri” mövzusunda bədii foto sərgisi açılmışdır.
Aprelin 19-da öz işini başa çatdıracaq konfransda Şərq döyüş sənətlərinin tarixınə, fəlsəfi, psixloji və digər aspektlərinə dair 80-dən çox məruzə dinləniləcəkdir. Konfransda tədris filmləri nümayiş etdiriləcək və müxtəlif praktiki tədbirlər həyata keçiriləcəkdir.