Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli birlik, vətəndaşlıq həmrəyliyi olmadan tərəqqiyə, əmin-amanlığa və firavanlığa qovuşmaq çətindir

Astana, 27 yanvar (AZƏRTAC). Dünyada yaşayan soydaşlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin olması ilə yanaşı, onlar tərəfindən azərbaycançılıq ideologiyasına əsaslanan Azərbaycan reallıqlarının dünyaya olduğu kimi çatdırılması, eləcə də Vətənə sədaqətlilik kimi meyarların öz əksini tapması vacibdir.

Bu amala sadiq qalan xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətləri daha da gücləndirilir.

Qazaxıstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı öz fəaliyyəti ilə seçilən diaspor təşkilatlarından biridir.

Təşkilatın sədri Vidadi Salahov otuz ildən artıqdır ki, Qazaxıstanda yaşayır. O, diaspor fəaliyyəti ilə məşğul olmaqla yanaşı, Qazaxıstanda yayımlanan 20 min tirajlı, üç dildə (Azərbaycan, qazax və rus) nəşr edilən həftəlik və beynəlxalq “Turan Ekspress” qəzetinin baş redaktoru və təsisçisidir. Həmvətənimiz tarix elmləri doktoru və Qazaxıstan Baş Redaktorları Klubunun vitse-prezidentidir.

Vidadi Salahov AZƏRTAC-a müsahibəsində bu ölkədəki diaspor təşkilatlarımızın fəaliyyətindən geniş söhbət açaraq demişdir:

- Qazaxıstanın 14 vilayətində Azərbaycan diasporunun tərkibinə daxil olan mədəni mərkəzlər fəaliyyət göstərir. Hər il Azərbaycanla bağlı olan bayramlar və anma mərasimləri ilə əlaqədar olaraq soydaşlarımızla birgə silsilə tədbirlər keçiririk. Bu tədbirlərdə Qazaxıstanda yaşayan və gələcəyimizin təminatçısı olan uşaqlara, gənclərə yaşadıqları ölkənin xalqının adət-ənənəsini, dilini bilməklə yanaşı, doğma Vətəninə sevgi, millətinə, dilinə həmişə sadiq qalmalarını da tövsiyə edirik.

Paytaxt Astanadakı küçələrin biri sovet hakimiyyəti illərində, daha dəqiq desək, 1920-ci ildən 1939-cu ilədək Azərbaycanda və Qazaxıstanda yüksək dövlət vəzifələrində işləmiş, hətta bir müddət hər iki respublikanın rəhbəri olmuş qatı bolşevik-daşnak Levon Mirzoyanın adını daşıyırdı. Həmin küçənin adının dəyişdirilməsində Azərbaycan diasporunun da az əməyi olmamışdır.

Yeri gəlmişkən qeyd etməliyəm ki, Qazaxıstanın rəhbəri işlədiyi represiya illərində minlərlə günahsız insanın güllənməsinə səbəb olan Levon Mirzoyanı bu ölkədə son vaxtlara kimi hörmətlə yad edirdilər. Lakin onun İosif Stalinə göndərdiyi gizli məktub aşkar edildikdən sonra qazax xalqının bu “qəhrəman”a hörməti nifrətlə əvəz olundu. Həmin məktubda L.Mirzoyanın Stalinə Qazaxıstanda qətlə yetirilən qurbanların sayı barədə hesabatı əksini tapır. Hələ bu azmış kimi, əlavə 8 gün müddətində 1600 nəfəri də qətlə yetirmək üçün icazə istəyir.

- Vidadi müəllim, deyə bilərsinizmi Azərbaycan və qazax xalqlarının qatı düşməni Levon Mirzoyan küçəsinin adının dəyişdirilməsində diasporumuzun, konkret olaraq sizin xidmətiniz nədən ibarət olmuşdur?

- İndi artıq hər kəsə aydındır ki, L.Mirzoyan ötən əsrin 30-cu illərində qazax xalqının repressiyası ilə çox güclü məşğul olmuşdur. Amma ilk vaxtlar bunu sübut etmək çox çətin idi. Bu barədə kimə deyirdimsə inanmaq istəmirdi. Deyirdilər ki, siz nə danışırsınız, Levon Mirzoyan qazax xalqının xilaskarıdır. Təbii ki, bu təsəvvürləri dəyişmək üçün faktlar və dəlillər tələb olunurdu. Mən Levon Mirzoyanın İosif Stalinə yuxarıda qeyd etdiyim gizli məktubu haqqında eşitmişdim. Bizim diasporun fəal üzvü Gündüzdən xahiş etdim ki, belə bir məktub var onu necə tapmaq olar. Çox sağ olsun, o, L.Mirzoyanın Stalinə yazdığı məxfi məktubun surətini Moskvadan tapıb gətirdi. Təəssüf ki, bu faktın aşkarlanmasına qədər qazax xalqı belə bir cəlladı az qala qəhrəman səviyyəsinə qaldırmışdı.

Mənim Qazaxıstan vətəndaşı və bir tarixçi kimi susmağa ixtiyarım yox idi. Təbii ki, bu məsələyə laqeyd qala bilməzdim. Müraciət etdim, komissiya yaratdılar. Mirzoyan küçəsinin görkəmli qazax arxeoloqu, geoloqu və akademiki Kuanış Satbayevin adı ilə əvəzlənməsi barədə qərar qəbul etdilər. Artıq bununla bağlı rəsmi işlər yekunlaşmışdır. Qalıb böyük vəsait tələb edən texniki məsələlər, onu da bu ilin dövlət büdcəsinə daxil etmişlər. Bu küçə Astanada ən böyük küçələrdən sayılır. Burada yaşayış evləri, müəssisələr, təşkilatlar yerləşir. Onların sənədlərinin kökündən dəyişdirilməsi də texniki məsələdir.

- Qazaxıstandakı erməni diasporasının bu qərarla bağlı hər hansı etirazı oldumu?

- Təbii ki, onlar dövlətə bununla bağlı etirazlarını bildirdilər. Amma əsaslanmağa elə bir sənədləri olmadı. Artıq qazaxların özlərinin qan qardaşı hesab etdikləri azərbaycanlılara qarşı olan vəhşilikləri bildikdən sonra ermənilərə əvvəlki münasibət dəyişmişdir. 1995-ci ildə Azərbaycandan Qarabağ uğrunda döyüşlərdən qayıtdıqdan sonra ardıcıl surətdə ermənilərin ifşa olunmasına çalışıram və istəyirəm onların iç üzləri açılsın. Universitetlərdə, orta məktəblərdə təbliğat aparmağa çalışırıq. Yuxarıda adını çəkdiyim sənədi erməni diasporu təkzib edirdi. Onlar bildirirdilər ki, bu, Azərbaycan diasporunun uydurmasıdır. Guya azərbaycanlıların bu məsələni qaldırmaqda məqsədi qazax və erməni xalqları arasında nifaq salmaqdır. Onların bu iddialarına cavab olaraq qeyd edildi ki, biz tariximizi sizin istədiyiniz kimi deyil, olduğu kimi qəbul etmək istəyirik.

- Ermənilərin qazaxlarla birlikdə çəkdikləri film haqqında nə deyə bilərsiniz?

- Ermənistanda çəkilmiş və “At gedişi ”adlanan filmdə Qazaxıstandan bir sıra həvəskar “aktyor” rol almışdır. Bu filmin Qazaxıstan dövləti və onun siyasəti ilə heç bir əlaqəsi yoxdur. Ermənilər müəyyən qonorar müqabilində, sadəcə olaraq bir neçə qazaxı həmin filmdə iştirak üçün dəvət etmişlər. Artıq Qazaxıstanda bu filmin nümayişi qadağan olunmuşdur. Televiziyalar və kinoteatrlar həmin filmi qəbul etmədilər. Ermənilər həmin filmin Qazaxıstanda nümayişinə nail olmağa çalışsalar da, onların bu qara niyyətləri baş tutmadı.

Mən həmin filmlə bağlı rəsmi surətdə Qazaxıstan Respublikası Prezidenti Administrasiyasına müraciət etdim. Administrasiyadan mənə məlumat verdilər ki, “At gedişi” filmi heç bir siyasi məqsəd daşımır və həmin “ekran əsərinin” nümayişi qadağan olunmuşdur. Qazaxıstan əhalisi də film haqqında çox mənfi fikirdədir. Həmin filmdə iştirak etmiş “aktyor”ları tənqid edirlər.

- Qazaxıstan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə düşünür?

- Qazaxıstan ictimaiyyəti yaxşı bilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və ermənilər tərəfindən işğal olunmuşdur. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Gömrük İttifaqının yaradılması ilə sonuncu yığıncaqdakı çıxışında birmənalı şəkildə bildirildi ki, əgər Ermənistan İttifaqa daxil olmaq istəyirsə, Dağlıq Qarabağ problemini həll etməlidir. Hesab edirəm ki, bu, Qazaxıstan dövlətinin rəsmi mövqeyidir.

- Azərbaycan diasporu Qazaxıstanın ictimai həyatında necə təmsil olunur?

- Bu ölkədə fəaliyyət göstərən Qazaxıstan Xalq Assambleyası dövlət qurumu hesab olunur və birbaşa Prezidentə tabedir. Milli azlıqların mədəniyyət təşkilatları, o cümlədən Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı bu qurumda təmsil olunur. Ölkənin hər bir şəhər və vilayət mərkəzində Azərbaycan “Bazar günü” məktəbi yaradılmışdır. Dövlət radiosu olan “Qazaxıstan” kanalında 30 dəqiqəlik efir vaxtımız vardır. Ölkədə Azərbaycan dilində iki qəzet -“Vatan” və “Turan Ekspress” nəşr edilir. Bir diaspor üçün ana dilində iki qəzetin nəşr olunması az iş sayılmır. Bizim təşəbbüsümüzlə Astana Dövlət Opera və Balet Teatrı “Arşın mal alan” musiqili komediyasını səhnələşdirmişdir. Artıq bu əsər Çimkənd şəhərində tamaşaya hazırlanır. Diasporumuz daim xeyriyyəçilik işləri ilə də məşğul olur. Bütün bu işlərin məqsədi Azərbaycanı qazax xalqına daha yaxından tanıtmaqdır.

Sonda onu demək istərdim ki, bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir azərbaycanlının vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi və zamanın çağırışıdır. Milli birlik, vətəndaşlıq həmrəyliyi olmadan tərəqqiyə, əmin-amanlığa və firavanlığa qovuşmaq çətindir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır