Milli Hidrometeorologiya Xidməti: Girdimançay-Qaranohura xırdadənəli dolu düşüb
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-i səhərədək ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin mayın 14-də Böyük Qafqazın bəzi yerlərində qısamüddətli yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Milli Hidrometeorologiya Xidmətinin AZƏRTAC-a verdiyi məlumata əsasən, düşən yağıntının miqdarı Girdimançay-Qaranohurda (İsmayıllı) 48 (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 34, Dəmiraparançayda (Qəbələ) 17, İsmayıllı, Sarıbaşda (Qax) 5, Qəbələ, Şamaxıda 2 millimetr olub.
Şimal-qərb küləyi əsib, Naftalanda 18, Salyanda 16, Abşeron yarımadası və Abşeron dəniz rayonunda arabir 17 metr/saniyəyədək güclənib.
Girdimançay-Qaranohura xırdadənəli dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-21°, aran rayonlarında 22-31°, dağlıq rayonlarda 19°-dək, Naxçıvan Muxtar Respublikasında isə 22-27° isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]