Milli İncəsənət Muzeyində şagirdlər mükafatlandırılıb
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Avropa və Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar liseylərinin şagirdləri iştirak ediblər.
Şagirdlər arasında Bayraq Gününə dair viktorina keçirilib. Viktorinanın qalibləri hədiyyələrlə mükafatlandırılıb.
Daha sonra “Azərbaycan bayrağı” adlı ustad dərsində uşaqlar kollaj düzəldiblər.
Sonda məktəblilər üçün interaktiv qaydada ekskursiyalar təşkil olunub.