MİLLİ KONSERVATORİYA BEYNƏLXALQ LİQANIN ÜZVÜDÜR
Konservatoriyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Zemfira Hüseynova AZƏRTAC-ın müxbirinə demişdir ki, bu beynəlxalq liqa 40 dövlətin 300 universitetini özündə birləşdirir. Avropa ölkələri ilə yanaşı Amerika, Kanada universitetləri də liqanın üzvləridir. İki il öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti bu liqaya daxil olmuşdur. Həmin Universitetin köməyi və məsləhəti ilə keçən ildən biz də sənədlərimizi bu təşkilata göndərmişdik. Liqanın Şurasında məsələyə baxıldıqdan sonra bizi bu təşkilata üzv qəbul ediblər. Zaqafqaziya respublikalarındakı ali musiqi məktəbləri arasında yalnız bizim konservatoriya bu liqanın üzvüdür. Beynəlxalq liqanın əsasnaməsinə görə, bizim rektor, prorektorat, kafedra müdirləri, müəllimlər, tələbələr həmin təşkilatın konfranslarında, simpoziumlarında iştirak edib fikir mübadiləsi aparmaq, hər hansı çap olunmuş məqalə və kitablarımızı pulsuz nəşr etmək, müəllim-tələbə mübadilələri etmək, istedadların festivallarını keçirmək, Liqanın veb-saytında reklam olunmaq imtiyazlarını qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]