Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Milli Məclisin plenar iclasında 2018-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclasa Milli Məclisin və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları haqqında məsələlərin müzakirəsi ilə başlanılmasını təklif edib.

Əvvəlcə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələn ilki xərclər smetası barədə məlumatı diqqətə çatdırıb. Bildirilib ki, gələn ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 24 milyon 232 min 055 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,8 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2018-ci il üçün xərclər smetası barədə məlumat verib. Bildirilib ki, dövlət büdcəsindən Hesablama Palatasının gələn ilki xərclər smetası üçün ümumilikdə 3 milyon 852 min manat vəsait nəzərdə tutulur. Bu, 2017-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,8 faiz çoxdur. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 82 faizi əməyin ödənilməsini təşkil edir. Qeyd olunub ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsi barədə Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Komitə sədri vurğulayıb ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət strategiyası əsas inkişaf proqramlarının uğurlu icrasına təminat verir.

Hadi Rəcəbli bildirib ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi”ndə mədaxil və məxaric xərcləri 3 milyard 578 milyon 760 min manat təşkil edir. Gəlirlərin böyük bir qismi - 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqları hesabına formalaşır. Bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlardan deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqları 60 milyon manata çatdırılıb. Bu da onu göstərir ki, ötən illə müqayisədə bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir. Vurğulanıb ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin təxminən 3,5 milyard manatı yəni 98 faizə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaq.

Qeyd olunub ki, gələn ilin büdcə zərfinə yeni bir sənəd -“İşsizlikdən sığorta fondunun büdcəsi” haqqında qanun layihəsi də əlavə edilib. Bu qanun yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrə məşğulluq sisteminin köklü təkmilləşdirilməsi sahəsində irəliləyişlərə xidmət edir. Son iki ildə orta və kiçik sahibkarlığın inkişafi ilə bağlı aparılan davamlı siyasət ölkəmizdə 100 minlərlə yeni iş yerlərinin yaradılmasına xidmət edib, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesində sahibkarlıq fəaliyyəti geniş vüsət alıb. Bu ilin aprel ayında dövlətimizin başçısının Sərəncamı ilə ilk dəfə respublikamızda özünüməşğulluq sistemi formalaşıb və bu məqsədə 16 milyon manat vəsait ayrılıb. Məşğulluq xidmətinin fəaliyyəti köklü olaraq dəyişdirilib, burada yeni faydalı istiqamətlər müəyyənləşdirilib.

İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 90 milyon manata yaxındır. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcək. Fondun başlıca məqsədi aktiv məşğulluğun təmin olunmasıdır. Bu büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcək. Peşə hazırlığı, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqı ödənilən ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaq.

İclasda müzakirəyə çıxarılmış məsələlərlə əlaqədar çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, hazırda Prezident İlham Əliyevin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.

Onun sözlərinə görə, ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində aparılan sürətli islahatlar qısa müddətlə öz uğurlu nəticəsini verib, ölkəmizin yeni şəraitə uyğun tərəqqisi üçün etibarlı zəmin yaranıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi növbəti ildə ölkə əhalisinin əhəmiyyətli bir hissəsini təşkil edən pensiyaçılar üzrə sosial ödənişlərin icrasında vacib rol oynayacaq. Fondun gələn il üçün büdcə layihəsinin tərtibi çoxfaktorlu proqnozlaşdırma modellərinə söykənir. Nazir müavini bildirib ki, cari ilin ötən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri, növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, əhalinin gəlirləri, məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri və digər amillər əsas götürülüb.

Fasilədən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, hesablamalara görə 2018-ci il üçün ölkə üzrə yaşayış minimumu proqnozu 173 manat müəyyən edilir. Komitə sədri ildən-ilə ölkə üzrə yaşayış minimumu göstəricisinin artmasını yüksək qiymətləndirib.

İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Qənirə Paşayeva, Musa Quliyev, Kamilə Əliyeva, Tahir Kərimli, Əflatun Amaşov, Tahir Mirkişili, Sədaqət Vəliyeva, Fazil Mustafa, Elman Nəsirov gələn ilin büdcə zərfinə daxil olan sənədlər barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deputatları maraqlandıran suallara cavab veriblər.

İclasda Hadi Rəcəbli “Azərbaycanın 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini təqdim edib. Bildirilib ki, cari ildə olduğu kimi, gələn ildə də ölkə üzrə ehtiyac meyarının həddi 116 manat nəzərdə tutulub.

İclasa yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bununla da müzakirələr başa çatır. Məlumat verib ki, dekabrın 1-də keçiriləcək növbəti iclasda ölkənin 2018-ci il üçün dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər səsverməyə çıxarılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib