Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Milli Məclisdə “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis, TÜRKPA və Ombudsman təsisatının birgə əməkdaşlığı çərçivəsində baş tutan konfrans Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (Ombudsman) təsisatının yaradılmasının 20 illiyinə həsr edilib.

Əvvəlcə Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Orucun moderatorluğu ilə açılış sessiyası olub. O, sessiyanı açaraq iştirakçıları Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb və tədbirin işinə uğurlar diləyib.

Zahid Oruc 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra türk dövlətləri parlament təmsilçilərinin və ombudsmanlarının bir araya gəlməsini tək türk coğrafiyası üçün deyil, dünya miqyasında insan hüquq və azadlıqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, insanların ən böyük haqqı olan doğma torpaqlarında yaşamaq, yaratmaq hüququnun gerçəkləşməsinə xidmət edən Zəfərdən sonra həm tarixi ədalət bərqərar olub, həm də regionda yeni sülh arxitekturası qurulur. “İnsan hüquqları” anlayışının tarixinə toxunan komitə sədri türk dünyasında tarixən formalaşan insan haqları fəlsəfəsindən bəhs edib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsini türk dünyasını birləşdirən təhlükəsizlik platforması kimi xarakterizə edən Zahid Oruc onun insanlar arasında sülhə, birgəyaşayışa və anlaşmaya xidmət etdiyini bildirib, TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının müdafiəsi ilə bağlı tezislərini səsləndirib.

TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er də açılış nitqi söyləyərək insan hüquqlarının qorunmasını daim aktual və təkmilləşən bir mövzu kimi xarakterizə edib, insan hüquqlarının qorunmasının institusional əsaslarının formalaşması və təkmilləşməsi tarixinə toxunub. Baş katib TÜRKPA dövlətlərində insan hüquq və azadlıqlarının təmin edilməsinin prioritet kimi qəbul olunmasından, bu sahədə beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsindən və milli qanunvericiliyin təkmilləşdirilməsindən danışıb, insan hüquqlarının qorunmasında milli parlamentlərin və ombudsman institutlarının rolunu vurğulayıb.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva açılış nitqində iştirakçıları salamlayaraq Azərbaycanda Ombudsman təsisatının yaradılmasının əsasları, statusu və əsas fəaliyyət istiqamətlərindən danışıb. Səbinə Əliyeva insan hüquqlarının müdafiəsi, eləcə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı parlamentlə əməkdaşlığın əhəmiyyətinə toxunub, bu sahədəki təcrübələrini bölüşüb.

Ombudsman çıxışında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması yolunda TÜRKPA-ya üzv dövlətlərin parlamentləri və milli insan hüquqları institutları qarşısında dayanan çağırışlardan bəhs edib, bu kontekstdə 2022-ci il mayın 13-də Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılmasının əhəmiyyətini vurğulayıb.

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kaya çıxışında müzakirə edilən mövzunun əhəmiyyətini qeyd edib, Türkiyədə insan hüquqlarının qorunmasının konstitusion əsasları, hüquqi bazası, bu sahədə qurumların səlahiyyətləri, son 20 ildə aparılan tənzimləmələr və qanunvericilikdəki təkmilləşdirmələr, Türkiyə parlamentinin bu sahədə gördüyü işlər, həyata keçirilən nəzarət fəaliyyəti haqqında məlumat verib, fikirlərini bölüşüb.

Sonra konfrans işini sessiyalarda davam etdirib.

Konfransın “İnsan hüquqlarının qorunmasında parlamentlərin rolu” mövzusunda birinci sessiyası TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kayanın moderatorluğu ilə keçib.

Sessiyada Milli Məclisin deputatları və TÜRKPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri - Məlahət İbrahimqızı və Cavanşir Feyziyev, TÜRKPA-ya üzv ölkələrin parlamentariləri - Berik Düsembinov (Qazaxıstan Respublikası Parlamenti Məclisi), Tazabek İkramov (Qırğız Respublikası Joqorku Keneşi), Yüksel Özkan (Türkiyə Böyük Millət Məclisi) çıxış ediblər. Qonaqlar göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür ediblər, Şuşaya səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Çıxışçılar 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri tarixi ədalət və insan hüquqlarının bərpası kontekstində dəyərləndiriblər, öz ölkələrində insan hüquqlarının qorunması ilə bağlı mövcud vəziyyət, qanunvericilik bazası, aparılan islahatlar haqqında məlumat veriblər.

Sessiyaya yekun vuran Erol Kaya TÜRKPA coğrafiyasında insan hüquqlarının qorunması sahəsində belə toplantıların keçirilməsinin informasiya və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

Konfransın “Ombudsman institutlarının səmərəli fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti” mövzusunda ikinci sessiyasına Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva moderatorluq edib.

Sessiyada Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, ombudsmanlar Elvira Azimova (Qazaxıstan), Atır Abdrahmatova (Qırğızıstan), Şeref Malkoç (Türkiyənin baş ombudsmanı), Feruza Eşmatova (Özbəkistan) çıxış ediblər. Onlar ölkələrində insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumat veriblər, mövzu ilə bağlı fikirlərini bildiriblər, bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Sonra Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququnun təmini ilə bağlı videoçarx nümayiş olunub.

Ombudsman Səbinə Əliyeva və TÜRKPA-nın komissiya sədri Erol Kaya sessiyaya yekun vuraraq faydalı müzakirələrə görə tədbir iştirakçılarına təşəkkür ediblər. Belə bir fikir ifadə olunub ki, türk dövlətlərinin ombudsman təsisatlarının birgə səyləri, qarşılıqlı bilik, təcrübə və fikir mübadiləsi insan hüquqlarının daha səmərəli müdafiəsi işinə mühüm töhfələr verəcək.

Bununla da “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub