MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYASININ İCLASINDA
Komissiyanın sədri Ziyad Səmədzadə demişdir ki, banklara inamın artması üçün, əhali ilə bank arasında münasibətlərin formalaşması və inkişafının həll edilməli əsas məsələlərindən biri də banklardakı əmanətlərin sığortalanmasıdır. Əmanətlərin sığortalanması bu gün Azərbaycan reallığından irəli gələn obyektiv zərurətdir. Bildirilmişdir ki, SSRİ-nin dağılması ərəfəsində əmanət banklarına inamın azalması bu gün də mьəyyən qədər hiss olunur. Prezident İlham Əliyev bu məsələnin aktuallığını, zəruriliyini nəzərə alaraq, eləcə də banklarla hüquqi və fiziki şəxslər, əhali arasında münasibətlərin təkmilləşdirilməsi üçün Milli Məclisə “Əmanətlərin sığortalanması haqqında” Qanun layihəsi təqdim etmişdir.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov qanun layihəsinin bankın işçi qrupunda uzun müddət müzakirə olunduğunu diqqətə çatdırmış və qeyd etmişdir ki, dünya standartlarına uyğun hazırlanmış bu qanunun qəbul edilməsindən əsas məqsəd əhalinin, əmanətçilərin hüquqlarını tam qorumaqdır.
Milli Bankın idarə heyətinin üzvü Rüfət Aslanov layihənin əsas müddəaları haqqında geniş məlumat vermiş, suallar cavablandırılmışdır.
İclasda iştirak edən ayrı-ayrı bank rəhbərlərinin və deputatların rəy və təklifləri dinlənildikdən sonra, qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]