SİYASƏT
Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak edəcək
Bakı, 1 aprel, AZƏRTAC
Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev aprel ayının 2-dən 5-dək Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində səfərdə olacaq.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azay Quliyev səfər çərçivəsində ATƏT PA-nın Büro iclasında iştirak edəcək.
İclasda qurumun məsul şəxslərinin məruzələri dinlənəcək, ATƏT regionundakı ictimai-siyasi vəziyyət müzakirə olunacaq. Bunlardan əlavə, ATƏT PA-nın fəaliyyəti haqqında məlumat veriləcək, Assambleyanın qarşıdakı 29-cu illik sessiyasının qərar və hesabat layihələrinə, həmçinin digər məsələlərə baxılacaq.
İclasda ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev məruzə ilə çıxış edəcək.