MİLLİ MƏCLİSİN DEPUTATLARI QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIĞI PARLAMENT ASSAMBLEYASI KOMİTƏSİNİN İCLASINDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 7-8-də Albaniyanın Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Assambleyasının Hüquqi və Siyasi Məsələlər Komitəsinin iclası keçiriləcəkdir. Tədbirdə parlamentin deputatları Şaitdin Əliyev və Mübariz Qurbanlı iştirak edəcəklər.
İclasda bu qurumla Avropa Parlamenti arasında qarşılıqlı əlaqələr, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə demokratik seçkilərlə bağlı Konvensiya, Qara dəniz regionunda sülh və sabitlik sahəsində əməkdaşlıq barədə təşkilatın Bəyannaməsi və digər məsələlər müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]