Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər
Bakı, 1 iyun, AZƏRTAC
Milli Məclisin deputatları Sabir Hacıyev və Hikmət Məmmədov iyunun 2-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sabir Hacıyev MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA), Hikmət Məmmədov isə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) missiyasının tərkibində Qazaxıstanda iyunun 5-nə təyin olunmuş referendumu müşahidə edəcəklər.
Qeyd edək ki, Sabir Hacıyev Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə keçirilən referendumda iştirak edən MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru təyin olunub.
Deputatlarımız Qazaxıstan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Səfər iyunun 7-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]