Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Ceyhun Məmmədov, Azay Quliyev, Kamilə Əliyeva, Vahid Əhmədov, Tural Gəncəliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Etibar Əliyev çıxış edərək gündəmdə olan bəzi aktual mövzular barədə fikirlərini bildiriblər.

Deputatlar son vaxtlar Qərbin, xüsusən Avropanın Azərbaycanın şanlı Qələbəsini həzm edə bilməyən bəzi qüvvələri tərəfindən ölkəmizə qarşı sərgilənən qərəzli və ədalətsiz mövqeyə etirazlarını bildirib, bunu təzyiq kimi dəyərləndiriblər. Xüsusən Fransanın Azərbaycanı qaralama kampaniyasında canfəşanlığı onun Cənubi Qafqazda nüfuz sahibi olmaq üçün apardığı çirkin siyasətin təzahürü kimi qiymətləndirilib. Həmçinin Fransanın Cənubi Qafqaza kobud müdaxilələrinin, Ermənistanı silahlandırmasının, militarist sövdələşmələr bağlamasının regionda yeni müharibələrin alovlanmasına xidmət etdiyi, bölgədə sülhə və təhlükəsizliyə böyük təhdidlər yaratdığı vurğulanıb. Çıxışlarda ölkəmizə qarşı əsassız bəyanatlar səsləndirənlərin torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistanın hərbi cinayətlər törətməsinə, mədəni, dini, tarixi abidələrimizi yer üzündən silməsinə biganə qaldığı halda suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanı sanksiyalarla hədələmələri siyasi riyakarlığın, ikili standartların bariz nümunəsi kimi qiymətləndirilib.

Sonra gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb.

Sahibə Qafarova bildirib ki, iclasda 16 məsələ müzakirə olunacaq, ilk 12 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. Sahibə Qafarova diqqətə çatdırıb ki, birinci məsələ olan “Energetika haqqında” qanun layihəsinə (üçüncü oxunuş) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində baxılıb və sənədlə bağlı məlumat vermək üçün komitənin sədri Sadiq Qurbanova söz verib.

Komitə sədri Sadiq Qurbanov “Energetika haqqında” qanun layihəsinin birinci və ikinci oxunuşda geniş müzakirə edildiyini və müzakirələrin nəticəsində layihədə bir sıra texniki xarakterli düzəlişlərin, dəqiqləşdirmələrin aparıldığını bildirib. O, aparılan dəyişikliklər barədə məlumat verərək deputatları qanun layihəsini üçüncü oxunuşda dəstəkləmələrini xahiş edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Əli Məsimli layihə barədə komitəyə heç bir irad və təklif daxil olmadığı üçün sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sənədə dair heç bir rəy və təklifin daxil olmadığını bildirib və layihənin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, bu məsələlər “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

Qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. O, əvvəlki oxunuşlarda hər iki sənəd barədə ətraflı məlumat verildiyini söyləyib, layihələrin ümumilikdə deputatlar tərəfindən dəstəkləndiyini, sənədlərlə bağlı mahiyyət üzrə heç bir əlavə rəy və təklifin daxil olmadığını bildirib. Həmçinin həmkarlarının polis işçilərinin sosial rifahı ilə bağlı səsləndirdikləri bəzi qeydlərə aydınlıq gətirib.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin 6-cı məsələsi olan və “Müharibə veteranı" adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət tərəfindən ödənilməsini nəzərdə tutan “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. O bildirib ki, layihə ilə bağlı heç bir irad və təklif daxil olmayıb, ona görə də sənədin olduğu kimi səsə qoyulmasını təklif edib.

Sənədlə bağlı deputat Rəşad Mahmudovun səsləndirdiyi qeydə komitə sədri Bəxtiyar Əliyev aydınlıq gətirəndən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda növbəti məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O bildirib ki, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsində arxiv sənədlərinin surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsi təklif olunub. Komitə sədri ikinci oxunuşdan sonra komitəyə hər hansı bir təklif daxil olmadığı üçün layihəni səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Parlament sədri Sahibə Qafarova gündəliyin 8-ci məsələsinin “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) olduğunu və layihəyə Milli Məclisin Aqrar siyasət komitəsində baxıldığını bildirib. Spiker məsələyə dair məlumat vermək üçün sözü komitənin sədri Tahir Rzayevə təqdim edib.

Komitə sədri Tahir Rzayevə layihənin əvvəlki oxunuşlar zamanı deputatlar tərəfindən dəstəkləndiyini, sənədlə bağlı heç bir əlavə təklifin olmadığı deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

“Sosial xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sənədlə bağlı ikinci oxunuşdan sonra heç bir təklif daxil olmayıb və layihənin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

“Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O bildirib ki, sənəd universal poçt rabitəsi xidmətlərinin tariflərinin müəyyən olunmasının yeni mexanizmlərini özündə ehtiva edir və ikinci oxunuşdan sonra heç bir irad və təklif daxil olmadığı üçün mətnin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin 11-ci məsələsi olan “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və layihəyə dair məlumat vermək üçün həmin komitənin üzvü Məşhur Məmmədova söz verib.

Deputat diqqətə çatdırıb ki, qanun layihəsi birinci və ikinci oxunuşda deputatlar tərəfindən dəstəklənib və sənədlə bağlı heç bir irad bildirilməyib. O, deputatlardan üçüncü oxunuşda da qanun layihəsini dəstəkləmələrini xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

O, qanun layihəsinin birinci və ikinci oxunuşlarında ətraflı məlumat verildiyini, sənədlə bağlı komitəyə irad və təklifin daxil olmadığını bildirib və həmkarlarından üçüncü oxunuşda da qanun layihəsini dəstəkləməyi xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bununla gündəliyin üçüncü oxunuşda olan qanun layihələri başa çatıb, gündəliyin növbəti 3 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Gündəliyin 13-cü məsələsi olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxaran spiker layihə ilə bağlı məlumat vermək üçün Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova söz verib

Komitə sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, qanun layihəsinin birinci oxunuşu zamanı layihənin konsepsiyası barədə geniş məlumat verilib. Qeyd edilib ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin qaydasının təkmilləşdirilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı əvvəlki oxunuşda heç bir irad və təklif bildirilməyib.

Sənədin müzakirəsində deputatlar Vüqar Bayramov və Aydın Mirzəzadənin qeydlərinə komitə sədri Ziyafət Əsgərov münasibət bildirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 14-cü məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin sənəddə təklif olunan dəyişikliklərə müsbət rəy verdiyini bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qanun layihəsinin təmsil etdiyi komitədə müzakirə edildiyini və dəstəkləndiyini bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də layihəyə rəhbərlik etdiyi komitədə baxıldığını və komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxaran Sahibə Qafarova layihənin müzakirəsi ilə bağlı iclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin və İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Nuranə Abbasovanın iştirak etdiyini diqqətə çatdırıb. Layihə ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə təqdim edib.

Komitə sədri Tahir Mirkişili 6 fəsil, 27 maddədən ibarət “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində təsbit olunan qiymətləndirmə fəaliyyətinin təşkili mexanizmlərindən, qiymətləndiricilərə dair tələblərdən, Qiymətləndiricilər Palatasının yaradılmasından danışıb. O, sənədə dair komitəyə daxil olan təkliflərlə bağlı aparılan işlər barədə məlumat verib.

Qanun layihəsinin müzakirəsində deputatlar Vüqar Bayramov, Əli Məsimli, Fazil Mustafa, Əliabbas Salahzadə və Aydın Hüseynov çıxış ediblər, sənədlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sahibə Qafarova bildirib ki, növbəti məsələ “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) gündəlikdəki sonuncu qanun layihəsidir. Diqqətə çatdırıb ki, məsələyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb və layihə ilə bağlı məlumat vermək üçün sözü komitənin sədri Əli Hüseynliyə təqdim edib.

Komitə sədri Əli Hüseynli bildirib ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı ötən il cinayət qanunvericiliyimizə müvafiq dəyişikliklərin edilib. Təqdim olunan layihə də həmin qanunvericiliyə uyğunlaşdırma xarakteri daşıyır.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclasının işi başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq