Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclasında 14 məsələ müzakirəyə çıxarılıb

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, deputatlar gündəliyə münasibət bildirdikdən sonra cari məsələlərin müzakirəsi başlanılıb.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Bəhruz Məhərrəmov, Razi Nurullayev, Musa Qasımlı, Elman Nəsirov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Fazil Mustafa, Könül Nurullayeva, Əli Məsimli gündəmdə olan bəzi mövzular barədə danışıblar.

Çıxışlarda Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirənin siyasi və iqtisadi əhəmiyyəti, real vəziyyət barədə vətəndaşların birbaşa ölkə başçısı tərəfindən məlumatlandırılmasının önəmli olduğu vurğulanıb. Deputatlar mətbuatda milli dövlət maraqlarının qorunmasının vacibliyi, ölkədə hərbi vətənpərvərlik tərbiyəsinin daha da genişləndirilməsi məsələlərinə toxunublar. İşğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi insan məzarlıqları ilə bağlı qeyd edilib ki, mülki vətəndaşlara yönəlmiş bu cinayətləri törədənlər məsuliyyətə cəlb olunmalıdır və Ermənistan dövlətinə qarşı beynəlxalq məhkəmələrdə başlanılan işlərdə bu dəlillərdən geniş istifadə olunmalıdır.

Milli Məclisin deputatları seçiciləri düşündürən bir sıra problemləri də diqqətə çatdırıblar, şəhid adının əbədiləşdirilməsi, əlilliyi olan şəxslərin sosial müdafiəsi məsələlərindən bəhs ediblər. Bu ildən başlayaraq təhsil kreditlərinin verilməsini yüksək qiymətləndiriblər.

Sonra iclasda gündəlikdəki məsələlər müzakirə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 14 məsələ müzakirəyə çıxarılıb. Qeyd edilib ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsidir.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri bildirib ki, gündəliyin ikinci məsələsi ölkə Prezidenti tərəfindən təqdim edilmiş “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” qanun layihəsidir.

Qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev məlumat verib. Bildirib ki, hazırda 193 dövlətin üzv olduğu Beynəlxalq Telekommunikasiya İttifaqının Azərbaycan 1992-ci ildən etibarən üzvüdür. 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransında qəbul edilən Yekun Aktlar Azərbaycan Respublikası tərəfindən müvafiq bəyanatlarla imzalanıb. Yekun Aktlarda tezliklərin bölgüsü, tezlik təyinatlarının bildirişi və qeydiyyatı, digər texniki məsələlər öz əksini tapıb. Qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti isə özündə Ümumdünya Radiorabitə Konfransının qərarlarını birləşdirir. Təklif olunan reqlamentin əsas məqsədi İttifaqın üzvləri üçün ən son texniki nailiyyətlər əsasında tezliklərdən istifadəni lazımi şəkildə təmin etməkdir.

Səməd Seyidov rəhbərlik etdiyi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin məsələ ilə bağlı müsbət rəyini bildirdikdən sonra qanun layihəsi bir oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti beş məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mahiyyətcə bir-birinə yaxın olan iki məsələ - “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinə dair məlumat verib. Bildirib ki, Prezident tərəfindən bir məktubda daxil olan hər iki sənəd "Media haqqında" Qanuna əsasən hazırlanıb və lisenziya tələb olunan teleradio yayımı fəaliyyəti subyektlərinin həmin qanunla müəyyən edilmiş audiovizual media fəaliyyəti subyektlərinin təsnifatına uyğunlaşdırılması məqsədi daşıyır.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirib ki, Məcəlləyə təklif edilən dəyişiklik dəqiqləşdirmə məqsədi daşıyır və həm məhkəmə icraatı, həm də ibtidai istintaq zamanı məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraatın “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılmasını müəyyənləşdirir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Tahir Mirkişili “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda təqdim edib. Bildirib ki, qanunun 11.2-ci maddəsinə əsasən, həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir. Təklif olunan dəyişiklikdə bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Dövlət Ehtiyatları Agentliyi yaradılıb və Agentliyin nizamnaməsi təsdiq edilib. Adı çəkilən qanunlara təklif olunan dəyişikliklər həmin fərmanlara uyğun olaraq hazırlanıb və dəqiqləşdirmə xarakteri daşıyır.

Sənədlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Aqrar siyasət komitəsinin müsbət rəyləri bildirildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirib ki, Prezidentin "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 2021-ci il 7 oktyabr tarixli Fərmanı ilə pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, torpaq mülkiyyətçilərinin əkin subsidiyalarından yararlanması məqsədilə ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onlara dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin verilməsi təsbit edilib. Bununla yanaşı, "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2021-ci il tarixli Qanunla torpaq payı almış şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsinə görə dövlət rüsumundan azad olma nəzərdə tutulub. Təqdim olunan qanun layihəsi "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə sənədə uyğun olaraq hazırlanıb.

Qanun layihəsi bir oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri deputatların nəzərinə çatdırıb ki, növbəti altı məsələ ikinci oxunuşda olan qanun layihələridir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mahiyyətcə bir-birinə yaxın olan növbəti iki məsələ - “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə, habelə “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihələri haqqında ikinci oxunuşda məlumat verib.

Bildirilib ki, qanunlara təklif olunan dəyişikliklər "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamının tələblərindən irəli gəlir. Təqdim olunan layihələrdə bir sıra kateqoriya şəxslərin, o cümlədən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların - çağırış dövründə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların - ildə bir dəfədən az olmayaraq, kadr zabit heyətinə könüllü daxil olanların - müvafiq əmr imzalanmazdan əvvəl, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların - bağlaşma imzalanmazdan əvvəl icbari narkoloji müayinədən keçirilməsi təklif edilir.

Qanun layihələrinin aidiyyəti üzrə baxıldığı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov sənədlərlə bağlı müsbət rəyləri səsləndiriblər.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Naqif Həmzəyev qeyd və təkliflərini bildiriblər. Komitə sədri Əhliman Əmiraslanov bəzi məqamlara aydınlıq gətirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, Məcəllədə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələri xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutan hüquqi normalar müəyyən edilir. Belə əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiya nəzərdə tutulur. Eyni zamanda, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri, onların prekursorlarını əldə etmə, saxlama, hazırlama, habelə Məcəllənin 235-ci, 237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif edilir.

Nizami Səfərov, habelə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də (ikinci oxunuş) təqdim edib. Bildirib ki, layihə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğunlaşdırılma məqsədilə hazırlanıb və bu sahədə cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə səbəb olan halları nəzərdə tutur.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hər iki layihəyə komitədə baxıldığını və dəstəkləndiyini bildirib.

Deputatlar Razi Nurullayev və Sabir Rüstəmxanlı qeyd və təkliflərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, layihədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi isiqamətlərindən biri kimi cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, onların məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi təklif edilir. Bununla bağlı Məcəllənin bir sıra maddələrinə müvafiq dəyişikliklər və əlavələr nəzərdə tutulub.

Səhiyyə komitəsinin rəyi nəzərə alınmaqla qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edərək bildirib ki, Məcəllənin 208-ci maddəsində "Təşkilat rəhbərləri tərəfindən xarici" sözləri "Xarici" sözü ilə əvəz edilir. Beləliklə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və məcburi qaydada ölkəyə geri qaytarılmalı olan 20 min manatdan artıq məbləğdə xarici valyuta vəsaitini qaytarmama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməli olan subyektlərin dairəsi ilə bağlı məhdudiyyət aradan qaldırılır. Artıq həm fiziki şəxslər, həm hüquqi şəxslər bu növ cinayət əməlinə görə məsuliyyətə cəlb ediləcəklər.

Sənədlə bağlı deputatlar Vüqar Bayramov və Əziz Ələkbərov öz fikirlərini açıqlayıblar.

Deputat Nurlan Həsənov çıxışlarda səsləndirilən sualları cavablandırdıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Политолог: Мы на протяжении 30 лет ждали случая, когда сами сможем реализовать свои планы

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO