Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclasında 27 məsələ müzakirə olunub

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası açan S.Qafarova iki gün sonra - dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladıb. Diqqətə çatdırıb ki, qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Biz siyasi, iqtisadi və hərbi qüdrəti ilə geniş bir bölgədə söz sahibi olan dövlətimizlə qürur duyuruq.

Sədr qeyd edib ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 20-də antiterror tədbirləri nəticəsində əzəli tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Dövlət başçısının fenomenal liderlik məharəti, idarəçilik bacarığı, əzmi və cəsarəti sayəsində Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına çıxıb.

Milli Məclisin sədri vurğulayıb ki, Prezident İlham Əliyev xalq və Vətən yolunda müstəsna xidmətləri ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Ölkəmizin sürətli və dinamik iqtisadi inkişafı xalqımızın və dövlətimizin xoşbəxt gələcəyini təmin edən möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün Qarabağda öz miqyasına görə heyrət doğuran bərpa-quruculuq işlərini əzmlə həyata keçirir. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız döyüş meydanlarında göstərdiyi hünərləri bu gün tikinti meydançalarında da nümayiş etdirir. Məcburi köçkün soydaşlarımız 30 il həsrətində olduqları ata-baba yurdlarına dönürlər. Prezidentin təşəbbüsü və iştirakı ilə dünən Xankəndi şəhərində baş tutan tədbirlər Azərbaycanın öz torpaqlarının əsl sahibi olduğunu, “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha bütün dünyaya çatdırdı.

S.Qafarovanın Prezidentə doğum günü münasibətilə Milli Məclis adından təbrik məktubu ünvanlanması barədə təklifi alqışlarla qarşılanıb.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, deputatlardan Naqif Həmzəyev, Razi Nurullayev, Fəzail Ağamalı, Etibar Əliyev, Qüdrət Həsənquliyev, Elşən Musayev, Aydın Hüseynov çıxışlarında ölkəmizin bütün istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində xalqımızın sarsılmaz inamını və dəstəyini qazandığını vurğulayıblar. Deputatlar postmünaqişə dövründə dövlətimizin qarşısında duran vəzifələrin uğurla həyata keçirildiyini, Azərbaycanın qalib dövlət olmaqla yanaşı, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyini bildiriblər. Çıxış edənlər ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndiyini və möhkəmləndiyini qeyd edib, Azərbaycanın dünya iqtisadiyyatına verdiyi töhfələrdən, o cümlədən ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji layihələrinin mühüm əhəmiyyətindən danışıblar. Azərbaycanın 2024-cü ildə COP-29 beynəlxalq konfransına ev sahibliyi edəcəyi vurğulanaraq, bunun dövlətimizin siyasi nüfuzunun daha da artdığının bariz nümunəsi olduğu bildirilib.

Çıxışlarda Azərbaycana qarşı bəzi qüvvələrin məkrli plan və niyyətlərinə baxmayaraq, Prezidentin səyləri və qətiyyəti sayəsində bu gün sülh müqaviləsinin bağlanması üçün heç bir maneənin olmadığı bildirilib. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın gələcəkdə də yeni nailiyyətlər əldə edəcəyinə inam ifadə olunub.

Müzakirələr zamanı deputatlar, həmçinin gündəmdə olan bir sıra digər aktual məsələlər barədə də fikirlərini açıqlayıblar.

Sahibə Qafarova gündəlikdə 27 məsələnin olduğunu söyləyib. O, birinci məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. Spiker qeyd edib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.

Məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanıb. Saziş iki ölkə arasında hava əlaqəsinin yaradılması və həyata keçirilməsi məqsədi daşıyır. Komitə sədri diqqətə çatdırıb ki, Sazişin müddəaları Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının müddəaları ilə şərtlənir. Sazişə əsasən, hər bir razılığa gələn tərəf digər razılığa gələn tərəfə beynəlxalq hava əlaqələri ilə əlaqədar olaraq, yerə enmədən öz dövlətinin ərazisi üzərindən uçmaq və qeyri-kommersiya məqsədləri üçün öz dövlətinin ərazisində dayanmaq kimi hüquqlar verir. Hər iki tərəfin təyin edilmiş aviasiya şirkətləri bu Sazişin əlavəsində qeyd olunan müəyyən olunmuş marşrutlarda razılaşdırılmış xidmətləri yerinə yetirmək üçün ədalətli və bərabər imkana malikdirlər. Sazişdə tərəflərə qarşılıqlı hava əlaqələri zamanı gömrük rüsumlarından və vergilərdən azadolma hüququ verən şərtlər müəyyənləşdirilib. Habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardım göstərməsi nəzərdə tutulub.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu komitənin layihəyə müsbət rəy verdiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova növbəti 17 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Aviasiya haqqında” qanunun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. 15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Sənəddə aviasiya sahəsində dövlətin əsas məqsəd və vəzifələri müəyyən edilib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Layihə mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb. Dəyişiklik Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaqdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, layihənin birinci və ikinci oxunuşlarda deputatlar tərəfindən dəstəkləndiyini, əlavə heç bir təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu komitənin sənəd barədə müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuşlarda layihənin yekdilliklə dəstəkləndiyini bildirib və olduğu kimi səsə qoyulmasını xahiş edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Deputat məsələyə dair heç bir əlavə təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuşlar zamanı sənədin ətraflı müzakirə olunduğunu, deputatlar tərəfindən dəstəkləndiyini, layihənin mətnində heç bir dəyişikliyin olmadığını deyib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanin komitənin məsələ ilə bağlı rəyini bildirməsindən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsi Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Bu, “İşsizlikdən sığorta haqqında” qanunda (üçüncü oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələridir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta haqqında” qanunda dəyişikliklə bağlı məlumat verib. Qeyd edilib ki, layihə ilə bağlı heç bir əlavə təklif daxil olmayıb, sənədin mətnində dəyişiklik edilməyib. Layihədə işsizlikdən sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. O, layihəyə hər hansı təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib. Sənəddə sığortaedən tərəfindən işçilərin işsizlikdən sığorta etdirilməməsi və işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə görə inzibati xətalar haqqında işlərə müəyyən edilən qaydalar çərçivəsində baxılması təklif olunur.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 7 məsələsi Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, məzmun və mahiyyət baxımından bir-birinə yaxındır. Sonra müvafiq komitələr tərəfindən bu qanun layihələri təqdim olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Dəniz limanları haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini təqdim edib. O, sənədlərin ticarət gəmiçiliyində və dəniz limanlarında iqtisadi və hüquqi münasibətləri tənzimləmək və dövlət rüsumunu müəyyən etmək məqsədilə hazırlandığını söyləyib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin digər üç məsələsinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını bildirib.

Komitənin üzvü Kamal Cəfərov bu üç məsələni -Miqrasiya Məcəlləsində (üçüncü oxunuş), Cinayət Məcəlləsində (üçüncü oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrini diqqətə çatdırıb. O, layihələrlə bağlı hər hansı təklifin olmadığını deyib və sənədlərin səsə qoyulmasını xahiş edib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Milli təhlükəsizlik haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin birinci və ikinci oxunuşlar zamanı deputatlar tərəfindən yekdilliklə dəstəkləndiyini deyib və səsə qoyulmasını xahiş edib.

Sonra gündəliyin bu 7 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim olunarkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.

Komitə sədrləri Kamal Cəfərov, Ziyafət Əsgərov sənədlə bağlı rəylərini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində baxıldığını deyib.

Komitənin üzvü Arzu Nağıyev sənədin birinci və ikinci oxunuşlar zamanı geniş müzakirə olunduğunu, təklif edilən dəyişikliklərlə bağlı parlament üzvlərini və ictimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirildiyini deyib. O, layihənin dövlətçilik, ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması, hərbçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması baxımından mütərəqqi sənəd olduğunu bildirib.

Musa Quliyev Əmək və sosial siyasət komitəsinin müsbət rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məlumat verilib ki, “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Spiker qeyd edib ki, bu qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Əliabbas Salahzadə bildirib ki, hazırda qüvvədə olan "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə 2023-cü il 30 may tarixli qanunda müvafiq icazə olmadan tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasının qadağan edilməsi məsələsi ehtiva olunur. Layihədə bu qadağanın yeni qəbul edilmiş və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan "Elektroenergetika haqqında" 2023-cü il 11 aprel tarixli qanuna da əlavə edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihədə Şəhərsalma və Tikinti Məcəlləsinin 16.2-ci maddəsində "təşkili və fəaliyyəti qaydası, eləcə də sistemə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydaları" sözlərinin "əsasnaməsi" sözü ilə əvəz edilməsi təklif olunur. Layihə səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin son 7 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. Spiker növbəti iki məsələnin - Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında və “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. O, hər iki layihəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin "Arbitraj haqqında" qanun layihəsi ilə bağlı olduğunu, mahiyyətcə uyğunlaşdırma xarakteri daşıdığını və birinci oxunuşda sənədlə bağlı hər hansı bir sual yaranmadığını diqqətə çatdırıb. O, “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin də "Arbitraj haqqında" qanun layihəsinə əsasən, yeni təsisatın yaranması ilə bağlı olduğunu bildirib. O, birinci oxunuşda müzakirələrdə qaldırılan məsələlərə aydınlıq gətirildiyini diqqətə çatdırıb.

Milli Məclisin komitə sədri Siyavuş Novruzovun səsləndirdiyi sualları deputat Nizami Səfərov cavablandırandan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

“Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. O, layihə ilə bağlı komitəyə hər hansı bir təklifin daxil olmadığını bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin 24-cü məsələsi olan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş sənəddə həmin Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş müddətin uzadılması təklif olunur. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Digər məsələ - “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Tahir Mirkişiliyə nəzərə çatdırıb ki, layihədə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə mülki iş üzrə ilk dəfə məhkəməyə müraciət edən fiziki şəxslər müəyyən edilmiş dövlət rüsumunun 10 faizini ödəməkdən azad olunurlar. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Kamal Cəfərova hazırda layihədə hər hansı dəyişiklik olmadığı üçün sənədin səsə qoyulmasını xahiş edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov komitələrinin layihə ilə bağlı rəylərini diqqətə çatdırıblar. Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Komitə sədri qanun layihəsi haqqında əvvəlki oxunuşda ətraflı məlumat verildiyini bildirib. O, dəyişikliyin Hərbi xidmətkeçmə haqqında Əsasnamənin hüquqi əsaslarını daha da möhkəmləndirməsi baxımından vacibliyini vurğulayıb və həmkarlarını sənədi dəstəkləməyə çağırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclasının gündəliyində olan məsələlərin müzakirəsi başa çatıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova dünən parlamentdə tibbi tullantıların idarə olunması ilə bağlı çox vacib bir dinləmənin keçirildiyini bildirib və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdan dinləmə haqqında məlumat verməyi xahiş edib.

Ə.Əmiraslanov bildirib ki, Səhiyyə komitəsinin “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda keçirdiyi ictimai dinləmədə Milli Məclisin deputatları, Milli Məclis Aparatının əməkdaşları, Azərbaycan tibb elminin və səhiyyə sahəsinin tanınmış mütəxəssisləri, əlaqədar dövlət strukturlarının, aparıcı tibb müəssisələrinin rəhbər şəxsləri və müvafiq sahənin digər nümayəndələri iştirak ediblər. O, dinləməyə hazırlıq ərəfəsində Səhiyyə komitəsində deputat Soltan Məmmədovun başçılığı ilə təşəbbüs qrupunun yaradıldığını diqqətə çatdırıb. Bununla əlaqədar qrup bu sahədə müvafiq araşdırmalar, monitorinqlər və mütəxəssislərlə fikir mübadiləsi aparıb. Keçirilən dinləmədə bildirilib ki, Azərbaycanda tibbi tullantıların idarə olunması ilə bağlı son vaxtlar bir çox işlər görülüb. Dinləmədə məlum olub ki, bu sahədə normativ sənədlərin təkmilləşdirilməsinə, yeni yanaşmaların tətbiqinə ehtiyac var. Komitə sədri diqqətə çatdırıb ki, tədbirdə parlament üzvləri tibbi tullantıların idarə edilməsi sahəsinin təkmilləşdirilməsinə qanunvericilik baxımından dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, parlamentin növbəti plenar iclası dekabrın 26-da keçiriləcək.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq