Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 24 məsələ müzakirə olunub

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri dekabrın 7-də Prezident İlham Əliyevin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladığını xatırladıb. Deyib ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək və bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri tam yerinə yetirib. Vurğulanıb ki, növbədənkənar prezident seçkiləri regionda tam müstəqil bir dövlətin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da güclənməsini təmin edəcəkdir.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri, deputatlar çıxış ediblər.

Parlamentin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının öz torpaqları uğrunda möhtəşəm Qələbə qazandığını vurğulayaraq, bu Qələbənin regionda yeni reallıqlar yaratdığını, bu gün qarşımızda dövlətçiliyimizin möhkəmləndirilməsi, Qarabağda həyata keçirilən quruculuq işlərinin gücləndirilməsi ilə bağlı və digər mühüm hədəflərin olduğunu bildiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bu gün iclasda 24 məsələnin müzakirə ediləcəyini, ilk iki məsələnin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. O, gündəliyin birinci məsələsinin “Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi olduğunu bildirib.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib. Qərara əsasən, deputat Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsinə təsdiq edilir.

Sonra iclasda növbəti məsələyə - “Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsinə baxılıb.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib. Qərara əsasən deputat Ülviyyə Həmzəyeva Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini vəzifəsinə təsdiqlənib.

Parlamentin sədri gündəliyin digər iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti məsələnin "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) olduğunu deyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu qanun layihəsini təqdim edib. O, 12 fəsil, 84 maddədən ibarət Rəqabət Məcəlləsi ilə bağlı geniş müzakirələrin keçirildiyini söyləyib. Komitə sədri sənədin birinci və ikinci oxunuşları zamanı səsləndirilən təkliflərin araşdırıldığını, onların bir hissəsinin qanunvericilik subyekti ilə razılaşdırılaraq, layihədə öz əksini tapdığını deyib və edilən dəyişikliklər barədə məlumat verib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, 6 fəsil və 27 maddədən ibarət qanun layihəsində ikinci oxunuşdan sonra səsləndirilən fikirlərlə bağlı bəzi dəyişikliklərin edildiyini söyləyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Tahir Mirkişili “Dövlət ehtiyatları haqqında” qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Komitə sədri sənəddə bir sıra düzəlişlərin edildiyini bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Komitə sədri Tahir Mirkişili daha sonra “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarda dəyişiklik olunması barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O bildirib ki, layihədə adları qeyd olunan qanunlara təklif edilən dəyişikliklər “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Belə ki, “Dövlət ehtiyatları haqqında” Qanunla tənzimlənən məsələlərin müvafiq qanunlardan çıxarılması nəzərdə tutulur.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitələrin məsələ ilə bağlı rəylərini söylədikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Aviasiya haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, 15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.

Deputatlar Soltan Məmmədov, İltizam Yusifov, Sabir Rüstəmxanlı məsələ ilə bağlı fikir və qeydlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihədə adı çəkilən qanunlara edilən dəyişikliklərin Cinayət Məcəlləsinə uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

O bildirib ki, qanun layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 15 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Arbitraj haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.

8 fəsildən və 59 maddədən ibarət olan sənəddə əsas anlayışlar, qanunun tətbiq dairəsi, arbitraj təşkilatlarının təşkili formaları və prinsipləri, arbitrajda baxılan işlər, arbitraj sazişi, arbitraj icraatı və digər məsələlərlə bağlı müddəalar ehtiva olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Əli Hüseynli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, layihədə adları çəkilən qanunların icrası ilə bağlı 21 normativ hüquqi aktda, o cümlədən 2 məcəllədə və 19 qanunda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Məsələyə dair komitə sədri Tahir Mirkişili, parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov bu komitələrin rəylərini səsləndiriblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa öz fikirlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Qeyd edilib ki, layihədə Cinayət-Prosessual Məcəlləsinə "Prosessual sənədlərin rəsmi qaydada verilməsi" və "Cinayət təqibi üzrə qiyabi icraat" adlanan iki yeni fəslin əlavə edilməsi təklif olunur.

Deputat Əminə Ağazadə məsələ ilə bağlı bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, qanunun 11-ci maddəsinin 15-ci hissəsinə təklif olunan dəyişiklik məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsini, 39-cu maddənin ikinci hissəsinə təklif olunan dəyişiklik hərbi rütbəyə görə pul əlavəsinin ödənilməsini müəyyən edir. Bununla yanaşı, məhkəmə-psixiatriya ekspertizası müstəqil ekspertiza olduğu üçün qanunun 23-cü maddəsinin ikinci hissəsinə texniki xarakterli dəyişikliyin edilməsi təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov isə “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim edilərkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb. Sənəddə, həmçinin iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsi dəqiqləşdirilir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda, bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələr və onların maliyyə hesabatları da aid edilir.

Kamal Cəfərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov sənədlə bağlı rəyləri təqdim etdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb. O bildirib ki, Əmək Məcəlləsinin 5 maddəsinə 10 dəyişiklik təklif edilir. Dəyişikliklər həm mahiyyət etibarı ilə norma dəyişdirici, həm də stilistik xarakterlidir. Qeyd edilib ki, mahiyyətcə dəyişikliklər qadınların məşğulluq imkanlarını məhdudlaşdıran normaların aradan qaldırılması və qadınların orta əməkhaqlarının kişilərin əməkhaqlarına çatdırılması məqsədi daşıyır.

Layihədə gecə vaxtı, iş vaxtından artıq işə cəlb edilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqları genişləndirilir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləmələrinə, iş vaxtından artıq işə cəlb edilmələrinə və ezamiyyətə göndərilmələrinə yalnız onların yazılı razılığı ilə icazə verilməsi nəzərdə tutulur. Sənəddə əks olunan digər dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu komitənin məsələ ilə bağlı müsbət rəy verdiyini diqqətə çatdırıb.

Deputatlar Əli Məsimli, Aydın Hüseynov, Aqil Abbas öz fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, növbəti iki məsələ ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. O qeyd edib ki, bu, “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələridir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişikliklə bağlı məlumat verib.

Bildirilib ki, təqdim olunan layihədə Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən əmək müqaviləsinə xitam hallarının da işsizlikdən sığortanın əhatə dairəsinə daxil edilməsi, həmçinin sığorta ödənişinə uşağa görə əlavənin ailədəki bütün uşaqlar üçün verilməsi, həmin ödənişin müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil edilməsi, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının 30 aydan 24 ayadək azaldılması, fərdi məşğulluq proqramının icrasını üzrlü səbəbdən icra etmədiyi üzrlü halların konkret olaraq müəyyən edilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Daha sonra Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Layihədə sığortaedən tərəfindən işçilərin işsizlikdən sığorta etdirilməməsi və işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə görə inzibati xətalar haqqında işlərə müəyyən edilən qaydalar çərçivəsində baxılması təklif edilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova bildirib ki, gündəliyin son 7 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub, məzmun və mahiyyət baxımından bir-birinə yaxındır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov Azərbaycanın Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Dəniz limanları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklə bağlı bildirilib ki, layihə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb. Sənəddə "dəniz əməliyyatları bazası", "dənizçi" və digər yeni anlayışlar müəyyən edilir, bəzi anlayışlar dəqiqləşdirilir.

Bununla yanaşı, Məcəllənin tətbiq olunduğu gəmilərin siyahısına gəzinti məqsədləri üçün istifadə edilən gəmilərin də daxil edilməsi, bir sıra gəmi sənədlərinin adlarının dəqiqləşdirilməsi, əsas gəmi sənədlərinin siyahısının, gəminin müvafiq dövlət reyestrindən çıxarılmasının əsaslarının, gəmi heyətinin tərkibinə və ixtisaslarına olan tələblərin dəqiqləşdirilməsi nəzərdə tutulur.

Layihədə, habelə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən dəniz nəqliyyatı sahəsində göstərilən xidmətlərə görə haqların məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqini nəzərdə tutan müddəanın daxil edilməsi, gəmi sahibinin vəzifələrinə əlavələrin edilməsi, gəmi sahibi və gəmi kapitanının dənizdə olarkən gəmidə qəza baş verdikdə qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma dərhal məlumat verməsi vəzifəsinin müəyyən edilməsi ilə bağlı dəyişikliklər təklif olunur.

Sənəddə gəmi qeydiyyatının aparılmasına, gəmilərə sənədlərin verilməsinə, gəmiyə dair layihələrin razılaşdırılmasına, gəmi heyətinə verilən sənədlərə dair müddəalar da dəqiqləşdirilir.

Deputat “Dəniz limanları haqqında” Qanunda ediləcək dəyişikliklə bağlı nəzərə çatdırıb ki, sənəddə iki istiqamət üzrə dəyişikliklər təklif olunur. Belə ki, layihədə tariflər tətbiq ediləcək dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinin əhatə dairəsinin müəyyən edilməsi, habelə qanunvericilik praktikasının tələblərinə uyğun olaraq və eyni zamanda, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən orqanın - Dövlət Dəniz və Liman Agentliyinin publik hüquqi şəxs statuslu olmasını nəzərə alaraq, "müvafiq icra hakimiyyəti orqanı" ifadəsinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" ifadəsi ilə əvəz edilməsi nəzərdə tutulur.

Anar Məmmədov “Dövlət rüsumu haqqında” Qanununda ediləcək dəyişikliyə dair məlumatında bildirib ki, sənəd dəniz nəqliyyatı sahəsində bəzi sənədlərin adlarının dəqiqləşdirilməsini, iki sənədin - Gəmi tarixinin fasiləsiz qeydlər sənədinin və Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Şəhadətnamənin verilməsinə görə rüsumların müəyyənləşdirilməsini ehtiva edir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli gündəliyin digər 3 məsələsinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını bildirib.

Komitənin üzvü Kamal Cəfərov bu 3 məsələni - Miqrasiya Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Bildirilib ki, Miqrasiya Məcəlləsində nəzərdə tutulan dəyişiklikdə Məcəllənin 3.0.17-ci maddəsində "dənizçi kitabçası (vəsiqəsi)" sözləri "dənizçinin şəxsiyyət sənədi" sözləri ilə əvəz edilir. Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə 252-ci maddənin adında və 252.1-ci maddədə "dəniz mühitini" sözləri "dəniz ətraf mühiti" sözləri ilə əvəz edilir. İnzibati Xətalar Məcəlləsində olan dəyişiklikdə 312 və 313-cü maddələrin adları və dispozisiyaları dəqiqləşdirilir, 307.4-cü maddənin dispozisiyası genişləndirilir, yeni 307.5-ci maddə əlavə olunur.

Ziyafət Əsgərov “Milli təhlükəsizlik haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanunun 7.10.3-cü maddəsində “dəniz mühiti” sözləri "dəniz ətraf mühiti" sözləri ilə əvəz olunur.

Sonra təqdim olunan son 7 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Политолог: Мы на протяжении 30 лет ждали случая, когда сами сможем реализовать свои планы

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO