Milli Məclisin sədri Ankarada Mustafa Kamal Atatürkün məzarını ziyarət edib
Bakı, 26 oktyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib, xatirəsini ehtiramla anıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova məzarın önünə əklil qoyub.
Sonra Milli Məclisin sədri xatirə kitabına ürək sözlərini yazıb.