Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli müstəqillik tariximizin şərəf salnaməsi

Milli müstəqillik tariximizin şərəf salnaməsi

Bakı, 28 may, AZƏRTAC

Dünyanın bütün xalqları kimi, Azərbaycan xalqının da dövlətçilik anlayışı, dövlətçilik təcrübəsi və ənənələri yüz illərlə təşəkkül və təkmilləşmə dövrünü yaşayıb. XX əsrin əvvəllərində dünyanın qabaqcıl dövlətlərinin və xalqlarının universal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başladığı bir vaxtda Azərbaycan xalqı öz istiqlaliyyəti, hüquq və azadlıqları uğrunda şərəfli mübarizəyə başlamışdı. Bu mübarizənin başlıca hədəfi Rusiya imperiyasından qopmaq, Azərbaycan xalqının itirilmiş dövlətçilik ənənələrini bərpa etmək və yeni dövlət modelində irqindən, dinindən və milliyyətindən asılı olmayaraq bütün insanların azad və xoşbəxt yaşaması üçün demokratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyətin yaradılması idi. Xalqın öz milli dövlətini qurmaq uğrunda bu şərəfli mübarizəyə qalxdığı dövr 1-ci dünya müharibəsinin yenicə başa çatdığı, beynəlxalq hüquq normalarının hələ oturuşmadığı, mürəkkəb geosiyasi proseslərin baş verdiyi ağır bir dövr idi. Dövrün mürəkkəbliyinə baxmayaraq, Azərbaycan ziyalılarının apardığı ardıcıl siyasi mübarizənin uğurla nəticələnməsini şərtləndirən bir sıra ciddi amillər də mövcud idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat bildirib ki, hələ XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mətbuatın təməlinin qoyulması, tənqidi ruhlu realistik-demokratik ictimai-ədəbi mühitin meydana gəlməsi Azərbaycanda siyasi elitanın formalaşmasında, xalqımızın milli özünüdərk ideyalarının güclənməsində, çar mütləqiyyəti və müstəmləkəçilik rejiminə qarşı ardıcıl mübarizənin təşkilində önəmli rol oynamışdı.

Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərəkatı cəmiyyətin həyatında və şüurunda köklü dəyişikliklər yaratmışdı. Getdikcə dərinləşən mədəni maariflənmə isə öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qoşulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan “Müsavat” və “Difai” kimi qurumların yaranması da müstəqilliyə gedən yolda mühüm tarixi hadisələr idi.

Bütövlükdə, İslam dünyasında siyasi-mədəni dekadansın yaşandığı bir dövrdə Azərbaycan xalqının demokratik-hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi.

1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik, dünyəvi respublikanın yaradılması xalqımızın milli və dini köklərə sadiqliyi ilə yanaşı mütərəqqi və bəşəri ideyalara açıqlığının və müasirliyə can atmasının əyani təzahürü idi.

Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində birbaşa əksini tapmışdı. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı.

Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında müasir dövlət idarəçiliyinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı. İl yarımlıq fəaliyyəti dövründə parlament tərəfindən qəbul olunan qanunlar Xalq Cümhuriyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəliləyişə səbəb oldu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti qarşısında əsas hədəf kimi dayanan siyasi, iqtisadi, mədəni, təhsil, ordu quruculuğu istiqamətində ən qabaqcıl qayda və standartların ölkədə tətbiqini həyata keçirməklə, həm parlament, həm də milli hökumət bütün qüvvələrini səfərbər etmişdi.

114 min kvadrat kilometrlik əraziyə sahib olan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenliyini təmin etməsinə başlıca maneə törədən erməni-daşnak birliklərinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngidirdi. Yenicə yaranmış dövlət bütün siyasi səylərini, maliyyə və hərbi resurslarını daşnak-bolşevik təcavüzünün qarşısının alınmasına yönəltməyə məcbur edilirdi. Yalnız 3 aydan sonra - 1918-ci ilin sentyabrında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak birliklərindən tam təmizlənməsindən sonra Xalq Cümhuriyyəti hökuməti ölkə ərazisində əhəmiyyətli dərəcədə sabitliyin bərqərar edilməsinə nail oldu və siyasi-diplomatik fəaliyyətdə, iqtisadi-sosial sahələrdə ciddi uğurlar əldə edilməyə başlandı.

Artıq 1918-ci il dekabrında Bakıda yeni hökumətin formalaşdırılmasından dərhal sonra müttəfiq dövlətlərin Bakıdakı nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanıması barədə xüsusi bəyanat verdi. Həmin bəyanatda bütün Azərbaycan ərazisində milli hökumətin qanuniliyi təsdiqlənir və müttəfiq hərbi qüvvələr komandanlığının bu hökumətə dəstək göstərəcəyi bildirilirdi. Həmçinin milli hökumətin nümayəndələri ilə mütəmadi görüşlərdən sonra general Tomson Paris Sülh Konfransında Xalq Cümhuriyyəti nümayəndələrinin iştirakına dəstəyini də ifadə etdi.

Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Həmin dövrdə Birinci Dünya müharibəsindən qalib çıxmış Antanta ittifaqına daxil olan dövlətlərin birlikdə və hər birinin ayrıca olaraq Qafqazda və xüsusilə Azərbaycanda mühüm siyasi-iqtisadi, hərbi məqsəd və maraqları var idi. Xalq Cümhuriyyəti hökumətinin qarşısında isə gərgin siyasi-hərbi şəraitdə, məhdud resurslarla dövləti və milli maraqların müdafiə olunması kimi olduqca çətin vəzifə dayanırdı. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən tanınması üçün ardıcıl səyləri qısa müddət ərzində öz bəhrəsini verdi.

1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyəti məsələsi ABŞ Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət rəhbərlərinin təmsil olunduğu Dördlər Şurasının iclasında geniş müzakirə edildi. 1920-ci ilin yanvarında isə Böyük Britaniyanın təşəbbüsü ilə çağırılmış Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Xalq Cümhuriyyəti də daxil olmaqla, Cənubi Qafqaz respublikalarının müstəqilliyinin tanınması məsələsi qaldırıldı. Həmin ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası tərəfindən qəbul edilmiş qərarda müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-fakto tanınması bəyan edildi.

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkədə ictimai-siyasi həyatda olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində də ciddi canlanmaya səbəb oldu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.

Xalq Cümhuriyyəti dönəmində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz İldırım, Əzim Əzimzadə kimi görkəmli yaradıcı şəxsiyyətlərin nümunəsində müstəqil Azərbaycanda mədəniyyət, ədəbiyyat və incəsənət öz intibah dövrünü yaşadı. Eyni zamanda, ana dilində qəzet və jurnalların nəşri xalqımızın mədəni inkişafında və maariflənməsində mühüm rol oynadı. Bu dövrdə nəşr edilən “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzet və dərgilər ölkə əhalisinə mühüm informasiyaların çatdırılmasında əsas vasitələr kimi çıxış edirdi. Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə gərginlikliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə dünya miqyasında əməkdaşlığa can atırdı. Siyasət, diplomatiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahələrinin hər biri ölkənin daxili həyatında və digər dövlətlərlə təmasında yeni fəaliyyət mexanizmlərini hərəkətə gətirirdi.

Cümhuriyyət qurucularının əksəriyyəti - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Xudadat bəy Rəfibəyli, Behbud xan Cavanşir, İsmayıl xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Səməd bəy Mehmandarov, Rüstəm xan Xoyski və başqaları yüksək təhsil almış ziyalılar, siyasətçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaranmış yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik respublikanı ərsəyə gətirməsə, bu imkan birdəfəlik əldən çıxacaq.

Onlar xalqımızın tarixi-mədəni və ictimai-siyasi dünyagörüşünün seçkin dəyərləri üzərində Qafqazın ən böyük dövlətini yaratmışlar! Məhz cümhuriyyətçilərin fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşamaqdadır. Əgər cümhuriyyətçilər 1918-1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırır. Lakin bu 70 ildə də bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda varislik xətti ilə yaşayıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın dünyəvi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıda bilmədi. Azərbaycan siyasi mühacirətinin nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səylərini davam etdirdilər. 1991-ci ildə milli müstəqilliyimizin bərpa edilməsindən sonra milli dövlətçilik tariximizin qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti irsinin dərindən araşdırılması istiqamətində mühüm addımlar atıldı, Cümhuriyyət tarixi bu gün də yüzlərlə tədqiqatçılar tərəfindən öyrənilməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın istiqlaliyyət arzusu ilə əlaqələndirən Heydər Əliyev söyləyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”

Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə silinməz izlər buraxdı. Xalqımız Cümhuriyyət dönəmində daha da zənginləşmiş mili-mənəvi dəyərləri qoruyub saxladı, hətta sovet hakimiyyəti illərində də özünün dövlətçilik atributlarına dərin ehtiramını ürəyində yaşatdı. Heç şübhəsiz ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasında Cümhuriyyət dönəmində möhkəmlənib inkişaf etdirilmiş dövlətçilik şüuru, milli-mənəvi dəyərlər, milli özünüdərkin yetişməsi həlledici amillər oldu. Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun istiqlaliyyət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu gün cümhuriyyətçilik dəyərlərinin yaşadılması və tətbiqi istiqamətində tarixi addımlar atmaqda və dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər