Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü şərəf tariximizdir

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Şərəf tariximiz” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, professor Validə Məmmədova çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasaydı Azərbaycan çox ağır vəziyyətlə üzləşəcəkdi: “1993-cü ilin qanlı iyun hadisələri hamımızın yaxşı yadındadır. 35 nəfərin həlak olduğu, 130 nəfərin yaralandığı hərbi əməliyyatlar Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu göstərirdi. Gəncə hadisələrindən “vəcdə gələnlər” respublikanın bir çox bölgələrində qanun pozuntuları törədir, ölkədə özbaşınalıq, zorakılıq halları, hərc-mərclik baş alıb gedirdi. Ulu Öndər öz uzaqgörənliyi və siyasi qətiyyəti ilə 1993-cü ildə ölkəni bu ağır durumdan xilas etdi və həmin ildən başlayaraq, respublikanı süquta aparan xətdən inkişafın zirvələrinə doğru yol başlandı. İndi bu siyasi-iqtisadi inkişaf yolunu Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev böyük uğurla davam etdirir”.

Milli Məclisin deputatı, professor Jalə Əliyeva 2018-ci ili Azərbaycan tarixində şanlı yubileylər kimi xarakterizə edərək deyib: “2018-ci ildə Azərbaycanda çox önəmli hadisələrin yubileyləri qeyd olunur. Bu il həm Ulu Öndərin, həm akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyləri qeyd olundu. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tarixidir. Bu il həm də 1993-cü ildə ölkəmizin xaosdan, süqutdan qurtuluş tarixinin 25 illik yubileyidir. Bütün bu şərəfli tarixi rəqəmlər sadəcə statistika deyil, bu rəqəmlərin arxasında Azərbaycanın çox önəmli tarixi salnaməsi dayanır. 1923-cü ildə Naxçıvanda sadə bir ailədə dünyaya gələn övlad elə həmin yüzillikdə bir xalqın ümid, güvənc yerinə, dahi liderinə çevriləcək, öz ölkəsini və xalqını böyük bir fəlakətdən xilas edəcəkdi. 1993-cü ilin dəhşətli iyun günlərini yaxşı xatırlayırıq. Xaos, hərc-mərclik, iqtisadi tənəzzül, saatlarla çörək növbəsi, bir-birinin ardınca işğal olunan tarixi yurd yerlərimiz ... İndiki kimi yadımdadır; kiçik qızımı bağçadan güllə yağışı altında bağrıma basaraq zorla evə gətirə bilirdim. Çox qorxulu günlər idi. Qardaş qanının axıdılacağı, vətəndaş müharibəsinin olacağı ehtimalı ilə bağlı bu qorxu bütün Azərbaycanı bürümüşdü. Həmin çətin günlərdə Azərbaycanın böyük oğlu təyyarə ilə Bakıya gəldi. Ulu Öndəri gətirən o təyyarəni obrazlı, poetik şəkildə xilaskar Simurq quşuna bənzədirəm. Ulu öndər Heydər Əliyevin gəlişi ilə bütün xalqımız həmrəy oldu, eyni ideologiya ətrafında birləşdi. Qayıdış, qurtuluş və inkişafı hədəfləyən o böyük gün müasir Azərbaycan tarixinin ən əhəmiyyətli günlərindən birinə çevrildi. Türkiyənin 9-cu Prezidenti, Ümummilli Liderin yaxın dostu Süleyman Dəmirəl xatirələrində qeyd edirdi ki, əziz dostum və qardaşım Heydər Əliyev Naxçıvanda ikən ondan Azərbaycana nə üçün gəldiyini soruşanda o, cavab verdi: “Çünki mən türkəm. Doğulduğum yerdə xalqıma xidmət etmək istədim, başqa yerdə bunu edə bilməzdim”. Bu sözlərdən sonra mən onu daha da çox sevdim. Azərbaycanı belə ürəkdən sevən bir insanı xalqı da ta əbədiyyətə qədər sevəcək”.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Ulu Öndərin Azərbaycan tarixindəki əvəzolunmaz mövqeyindən söz açaraq, 1993-cü il iyunun 15-nin Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən uğurlu bir yolun başlanğıcı olduğunu deyib: “Əgər Ulu Öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasaydı bu gün suveren, qüdrətli Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Ümummilli Liderin qayıdışı Azərbaycanı həm daxili, həm də xarici bədxah qüvvələrdən qorudu. Məhz 1993-cü ildən Azərbaycanda iqtisadi inkişafın təməli qoyuldu. Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər olub. 1993-cü ilin yayı da belə ağır dönəmlərdən biridir. Biz ulu öndər Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu adlandıranda tam həqiqəti səsləndiririk. Çünki ölkəmiz 1991-ci ildə müstəqillik əldə etsə də, sonrakı illərdə Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu məhz 1993-cü ildən sonra başlanıb. Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Müstəqilliyimizin ilk illərində Azərbaycan həmin dövrün iqtidarının səriştəsiz, qabiliyyətsiz, yarıtmaz “idarəçiliyi” nəticəsində dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşəndə xalqımız öz Ulu Öndərinə güvəndi. Ümummilli Liderin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitliyə qovuşdu və nüfuzlu dünya dövlətlərinin böyük investisiyalar qoyduğu bir məkana çevrildi. 1994-cü ildə atəşkəs sazişinin imzalanması ilə hər sahədə uğurlara yol açıldı. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə olan inamın bariz göstəricisi idi. Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Dahi lider Heydər Əliyevin Azərbaycan qarşısında saysız-hesabsız xidmətləri haqqında danışmaqla bitməz. Bizim vəzifəmiz isə bu gün həmin siyasi xətti dəstəkləyərək möhtərəm Prezidentimizin ətrafında sıx birləşməkdir. Ulu Öndər vaxtilə xalqa müraciətində də bununla bağlı qeyd edirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

V.Rəhimzadə qeyd edib ki, bu gün xalqımız Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdikləri uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir: “Ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin liderliyi ilə gələcəyə addımlayan Azərbaycan daha titanik uğurlara imza atacaq. Ümummilli lider Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur. Müstəqil, qüdrətli Azərbaycan var olduqca, Heydər Əliyev də xalqımızın ürəyində yaşayacaqdır!”

ADMİU-nun “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrasının müdiri, professor Aqşin Babayev Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışaraq bildirib ki, 1993-cü ildə Ulu Öndər öz xalqının ən çətin məqamında onun səsinə səs verib, Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədi olmasını təmin edib.

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb