Milli Qurtuluş Gününə həsr olunmuş interaktiv plakat və videoçarx hazırlanıb
Bakı, 13 iyun, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyasının Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə beynəlxalq əməkdaşlıq çərçivəsində “Milli Qurtuluş Günü - 30” adlı interaktiv plakat və videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, interaktiv plakatda yerləşdirilmiş materiallar Azərbaycan və rus dillərində verilib.
İnteraktiv plakat “Taleyüklü sənəd”, “Xalqın xilası” və “Dahi xilaskar” adlı 3 bölmədən ibarətdir.
Milli Qurtuluş Gününün 30 illiyinə hazırlanmış videoçarxda Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun -Milli Qurtuluş Günü haqqında məlumatlar toplanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]