Mingəçevirdə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışı keçiriləcək
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışı keçiriləcək.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarış yanvarın 29-da Mingəçevir şəhərində baş tutacaq. Yarışda 70-ə yaxın idmançı iştirak edəcək.
“Gənclər kuboku” yarışının keçirilməsində əsas məqsəd idmanın bu növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]