Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib. A.Əliyev ictimai yerdə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə müalicə aldığı evə qaytarılıb.
Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]