MİQRASİYA MƏSƏLƏLƏRİNƏ DİQQƏT ARTIRILIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Milli Məclisin insan hüquqları daimi komissiyasının iclasında ölkənin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Rəbiyyət Aslanova bildirmişdir ki, hazırda bütün ölkələrdə miqrasiya məsələlərinə xüsusi diqqət yetirilir. Bu baxımdan təqdim olunan qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Layihəyə əsasən, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Əmək miqrasiyası haqqında” və digər qanunlara əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur.
Dəyişikliklərdə miqrasiya məsələlərinin qanuni həlli, ölkəyə gəlmək, eləcə də ölkədən çıxmaq məsələlərində mövcud olan problemlərin həlli məsələləri əksini tapmışdır.
Qanun layihələri müzakirə edilmək üçün Milli Məclisin iclasına tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]