MİSİR ƏRƏB RESPUBLİKASININ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ ƏDLİYYƏ NAZİRLƏRİ AZƏRBAYCAN SƏFİRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Görüş zamanı son vaxtlar Azərbaycanla Misir arasında bütün sahələrdə dinamik şəkildə inkişaf edən əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılmış, hər iki ölkə rəhbərliyinin hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyi bildirilmişdir. 2005-ci ilin dekabr ayında Qahirədə keçiriləcək Hökumətlərarası İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın II iclasının gündəliyi müzakirə edilmişdir. Noyabrın 10-13-də MƏR-də Azərbaycan mədəniyyət günlərinin böyük müvəffəqiyyətlə keçməsi xüsusi qeyd edilmişdir.
Səfir noyabrın 6-da Azərbaycanda parlament seçkilərinin 1500 beynəlxalq və 17 minə yaxın yerli müşahidəçi tərəfindən izləndiyini, seçkilərdə xalqın iradəsini aydın və azad şəkildə ifadə olunduğunu, seçkilərin Azərbaycanın demokratiya yolunda atdığı böyük bir addım olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]
XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]