Misir polisi narkotik alverçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirib
Qahirə, 17 avqust, AZƏRTAC
Misir polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstəyə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
AZƏRTAC Misir Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əməliyyat zamanı baş verən atışmada iki cinayətkar öldürülüb, bir polis əməkdaşı yaralanıb.
Məlumatda qeyd olunub ki, narkotik alverçiləri Şimali Sinayda kök salmış terrorçularla əlbir fəaliyyət göstərirlər. Narkotik maddələrin satışından əldə edilən gəlir terror aktlarının maliyyələşdirilməsinə yönəldilir. Bu yaxınlarda onlara qarşı ordu ilə birlikdə keçirilən əməliyyat zamanı 21 terrorçu öldürülüb, təhlükəsizlik xidmətinin iki əməkdaşı həlak olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]