Misir xalqı İnqilab Gününü qeyd edir
Qahirə, 23 iyul, AZƏRTAC
Bu gün Misir xalqı monarxiyanın devrilməsi və Camal Əbdel Nasirin başçılıq etdiyi “Azad zabitlər” təşkilatının respublika elan etməsinin 68-ci ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, Misir mətbuatında dünya liderlərinin, o cümlədən nüfuzlu “Akhbarelyom” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlə Prezident Əbdülfəttah əl-Sisiyə təbrik məktubları dərc olunur.
İyul İnqilabının ildönümü münasibətilə bəyanat yayan Misirin dövlət başçısı qeyd edib ki, 1952-ci il iyulun 23-də baş vermiş inqilab nəticəsində cümhuriyyətin elan edilməsi ərəb dünyasında və Afrikada ən əlamətdar hadisə olub.
Misirin Mədəniyyət Nazirliyi bayram münasibətilə müxtəlif tədbirlər təşkil edib. COVID-19 pandemiyası şəraitində Camal Əbdel Nəsir Muzeyinə ekskursiya, incəsənət ustalarının konsertləri və vebinarlar təşkil edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]