Misirdə həndbol üzrə dünya çempionatının matçları azarkeşsiz keçiriləcək
Qahirə, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də Misirdə həndbol üzrə kişilər arasında 27-ci dünya çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Təşkilat Komitəsinin qərarına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar bütün matçlar azarkeşsiz keçiriləcək. Bundan başqa, hər 72 saatdan bir oyunçular, məşqçilər və hakimlər məcburi koronavirus testindən keçəcək, idman komplekslərində gündəlik dezinfeksiya işləri aparılacaq. İdmançıların qaldıqları otellərdə səyyar hospital və yoluxma şübhəsi olanlar üçün izolyasiya otaqları hazırlanıb. Mətbuat nümayəndələri də oyunları virtual olaraq işıqlandıracaq və matçların keçirildiyi idman komplekslərinə buraxılmayacaqlar.
Beynəlxalq Həndbol Federasiyasının qərarı ilə builki dünya çempionatı 27 deyil, 32 milli komandanın iştirakı ilə keçirilir. Onlar ilk mərhələdə səkkiz qrupda mübarizə aparacaqlar. Hazırkı dünya çempionu Danimarka Misirdə keçiriləcək çempionatda öz titulunu qorumağa çalışacaq. Oyunlar Qahirə, İsgəndəriyyə, Giza və Yeni Qahirədəki idman komplekslərində keçirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]