Misirdə son bir ayda COVID-19-dan 61 həkim vəfat edib
Qahirə, 27 aprel, AZƏRTAC
Aprelin əvvəlindən bəri Misirdə COVID-19-dan 61 həkim vəfat edib. AZƏRTAC xəbər verir ki, bu məlumatı Misir Tibb İşçiləri Sindikatı yayıb.
Misirin səhiyyə naziri Halə Zayid bildirib ki, indiyədək COVID-19-dan dünyasını dəyişən 500 həkimin cəmi 115-i koronavirus xəstələrinin müalicə olunduğu hospitallarda yoluxaraq vəfat edib, qalanları isə sosial təmasın qurbanıdırlar. Sindikat nazirin bu bəyanatına münasibət bildirib və qeyd edib ki, tibb personalının əksəriyyəti testlərin zəif olması səbəbindən xəstəxanalara gələn gizli COVID-19 xəstələrini müalicə edərkən yoluxub və həkimlərin vaksinasiyası ilə bağlı nazirliyə edilən rəsmi müraciətə də cavab verilməyib.
Son məlumata görə, aprelin 26-da Misirdə COVID-19-a 991 nəfər yoluxub, 58 pasiyent isə vəfat edib. Bu ölkədə yeni növ koronavirusdan dünyasını dəyişənlərin sayı 13 107 nəfərə çatıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]